Təqdimat Bacarıqları və Təlimçilər üçün təlim

Təqdimat Bacarıqları və Təlimçilər üçün təlim



"Business Management School" MMC Şamo Mürşüdovun təqdimatında "Təqdimat Bacarıqları" interaktiv təliminin 2-ci sessiyasına qeydiyyatları açıq elan edir.


 Kimlər üçün nəzərdə tutulub:


- Satış mütəxəssisləri üçün
- Təlimçilik bacarıqları, təqdimat və çıxış etmək bacarıqlarını formalaşdırmaq istəyənlərə
- Təlimçi kimi fəaliyyət göstərmək istəyənlərə
- Şirkət əməkdaşları üçün təlim və inkişaf proqramını qurmaq istəyənlərə

 Təlim sonu öyrənəcəksiniz:


- Təqdimat və çıxışlarınıza necə hazırlaşmaq və uğurlu çıxış etmək
- Effektiv təqdimatın hazırlanması
- Effektiv təlim proqramı necə hazırlanır və hansı texnoloqiyalardan istifadə edilir
- Şirkət tələbləri və əməkdaşların ehtiyaclarına uyğun təlim proqramının hazırlanması
- Keyfiyyətli təlimin keçiriliməsi üçün kompleks sistemlər və metodlar
- İnsan psixotiplərinə uyğun öyrədilmə metodikaları
- Qrupun idarə edilməsi

 Təlimin müddəti: 16 saat.



 Təlim Azərbaycan dilində tədris ediləcəkdir. 
Korporativ tələblər üçün təlimin rus və ingilis dillərində də tədrisi mümkündür.

 


 Təlim proqramı: 

1. Çıxış edənlərin zonaları (göy, qırmızı, boz)
2. AİDA modulu
3. Kirkpatrick və ROİ analizləri
4. “90:20:8” qaydası
5. “Ledokol” metodu
6. “Devid Kolba” teoriyası
7. “LSİ” təhlil modeli
8. Sağa Con Styuart qaydası
9. Məlumatları yadda saxlama metodları (Loki, Roma otaqları, Kuk, Vaysman metodları)
10. Komanda ruhunun formalaşdırılması metodları
11. Təlim diaqnostikası
12. Təlim proqramının komponentləri
13. Təqdimat və təlimin adı
14. Təqdimatlarda məlumat sayı
15. Təqdimatın hazırlanmasında vacib məqamlar (5S qaydası)
16. Təqdimat və təlimçilikdə ilkin qaydalar
17. Çıxışlar zamanı təşkilatı məqamlar
18. Çıxışlar və təlimçilikdə bədən dili
19. Psixatiplərə uyğun öyrədilmə metodları
20. İlkin təqdimat üçün vasitələr
21. Komanda ruhunun formaşaldırılması
22. Yaş həddinə görə çıxışlarda vacib məqamlar
23. Təlim materiallarının yadda saxlama metodikaları
24. Çıxışların və təlimin strukturu
25. Təlim metodları (müsbət və mənfi tərəfləri)
26. Özünə əminliyin artırılması texnikaları
27. Çıxışlar zamanı bədən dili
28. Çıxışlar zamanı zalın idarə edilməsi
29. Öz jestlərinizin təyin edilməsi
30. Sualların cavablandırılması qaydaları
31. Problemli namizəd tipajları və onlarla iş
32. Mikrafonla iş
33. Terminoloji fəlakət
34. Səs tonunuzun təkminləşdirilməsi
35. Diksiya,intonasiya, tembrin yaxşılaşdırılması üçün çalışmalar

Şamo Mürşüdov (İCM, AİRP, GCHRM, Assoc CİPD)

Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. 
Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də İşə qəbul üzrə menecer və HR koordinator vəzifələrində çalışmış Şamo bəy  işə qəbul sisteminin qurulması, işçi məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi, tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir.  
Şamo Mürşüdov hal-hazırda "Bank Respublika" ASC-nin İşə qəbul şöbəsinin rəhbəri vəzifəsində çalışmaqdadır.
2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)

Təhsili:
· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi
· Capella University (ABŞ) – HR menecment
· American Society for Training and Development (USA) – (CPLP TM – Certified Professional in Learning and Performance)
· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)
· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP- İngiltərə)
- Ericson Coaching International-ın üzvüdür,  ICF-International Coach Federation tərəfindən təsdiqlənən Erickson Coaching International-a məxsus Professioanl Coach ECC və ECPC dərəcəsini qazanmışdır.

 Təlim ödənişlidir. 16 saatliq təlimin ödənişi 200 manat olaraq təyin edilmişdir. 
Ödənişə daxildir:
- Təlim materialları 
- Sertifikat
- Kofe-breyk

Təlim ödənişi üçün 3 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

- “Business Management School” təlimlərindən məzun olanlar üçün 20 %, müvəffəqiyyət sertifikatı ilə məzun olanlara isə 30 % endirim tətbiq ediləcəkdir.
- Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.


 Dərs Cədvəli:

03 Dekabr ( Çərşənbə axşamı ) 19:00 - 21:00
05 Dekabr (Cümə axşamı) 19:00 - 21:00
10 Dekabr ( Çərşənbə axşamı ) 19:00 - 21:00
12 Dekabr  (Cümə axşamı) 19:00 - 21:00
17 Dekabr ( Çərşənbə axşamı ) 19:00 - 21:00
19 Dekabr  (Cümə axşamı) 19:00 - 21:00
24 Dekabr ( Çərşənbə axşamı ) 19:00 - 21:00
26 Dekabr  (Cümə axşamı) 19:00 - 21:00


 Sertifikat: Təlimin bütün dərslərində iştirak edənlər Sertifikat ilə təltif olunacaqlar.