Layihələrin İdarə Edilməsi Təlimi

Layihələrin İdarə Edilməsi Təlimi



Business Management School​  beynəlxalq kvalifikasiya sertifikatlı  və zəngin iş təcrübəsinə sahib,  Peşəkar Layihə İdarəçisi Emil İsmayılxanov (PMP) təqdimatında "Layihələrin İdarə Edilməsi" Təliminin 6-cı sessiyasının qeydiyyatlarını açıq elan edirik. Təlim,  Layihə İdarəetmə İnstitunun (PMİ), PMBOK Standartı əsasında hazırlanmışdır.

Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış olabilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır. 

Layihələr tikinti sənayesi, memarlıq, aerokosmik , müdafiə, kompüter şəbəkələri, telekommunikasiya və bunun kimi bir çox sahələrdə icra edilir.

İştirakçılar bu təlimdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayacaqlar. Həmçinin, iştirakçılar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər və bütün dünyada qəbul olunmuş layihə idarəetmə üsulları barəsində praktiki təcrübə əldə edəcəklər.Bütün layihə dövrünü əhatə edən bu təlim, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) layihənin müvəffəqiyyəti üçün kritik olan məlumatları birləşdirən Project Management Body of Knowledge Guide (PMBOK’ guide) əsasında qurulmuşdur. 

Bu təlimin məqsədi səmərəli bir layihə yaratmaq, idarə etmək və başa çatdırmaq üçün sizi lazımi bilik, bacarıq və üsullarla təmin etməkdir. Bu kursda iştirakçılar effektiv layihə idarəetmə təcrübələrini və həmin təcrübələrlə əlaqədar prosesləri dərindən mənimsəyəcəklər. 



 

1-ci dərs ( 4 saat )

  • Layihə idarəetmənin tarixi   (30 dəq)
  • Hazırda dünya üzrə Layihə idarəetmənin vəziyyəti (30 dəq)
  • Layihə idarəetmə əsas çətinliklər nələrdir?   ( 2 saat)
  • Layihə, Proqram və Portfolio idarəetmə.      (1 saat)
     

2-ci dərs ( 4 saat )

  • Ehtimal nəzəriyyəsi   (1 saat)
  • İnsan olaraq ehtimal etmədə nə qədər güclüyük (çalışma) (1 saat)
  • Bilinməzlik əyrisi  (1 saat)
  • Ehtimal etməni necə yaxşılaşdırmaq olar (1 saat)
     

3-cü dərs ( 4 saat )

  • Project Charter  (2 saat)
  • Praktik məşğələ  (2 saat)
     

4-cü dərs ( 4 saat )

  • Project Scope   ( 2 saat)
  • Layihə tələblərinin yazılması (üsul və qaydalar)  (2 saat)
     

5-ci dərs ( 4 saat )

  • Layihə tələblərinin yazılması praktik məşğələ  (3 saat)
  • Səhvlərin tapılması üsulları (1 saat)
     

6-cı dərs ( 4 saat )

  • Ehtimal etmənin praktik üsulları  (30 dəq)
  • Work Breakdown Structure və praktik məşğələ (1 saat 30 dəq)
  • Network Diagram  və praktik məşğələ (2 saat)
     

7-ci dərs ( 4 saat )

  • Wide-band Delphi və praktik məşğələ  ( 1 saat)
  • PERT (Program Evaluation and Review Technique)  (3 saat)
     

8-ci dərs ( 4 saat )

  • SCOPE və Müştəri gözləntilərinin idarə edilməsi  (2 saat)
  • Layihədə dəyişikliklərin idarə edilməsi (Project Change management) (2 saat)
     

9-cu dərs ( 4 saat )

  • Layihələrin idarə edirlməsi  (1 saat 30 dəq)
  • Kommunikasiya və Nəzarət mexanizmləri  (1 saat 30 dəq)
  • Lesssons Learned nədir və nə üçün lazımdır (1 saat)

 

Təlimçi: Emil İsmayılxanov

İş təcrübəsi

  • 2002 - 2006-cı illərdə Norveç Qaçqınlar Şurasında işə başlamış və burada müxtəlif layihələrin idarəedilməsini təmin etmişdir (təhsil, peşə təhsili, təchizat və.s. istiqamətlərdə layihələr)  
  • 2007 - 2019 - cu illərdə Azercell Telekom MMC şirkətində işini davam etdirmiş müxtəlif İT, məlumatların idarə edilməsi, UX (User Experience Management) və.s. sahələr üzrə layihələri idarə etmişdir.
  • 2013 - 2019 - cu ilədək Azercell Akademiya daxili tədrisçisi olaraq Layihə İdarəetmə üzrə təlimçi olaraq əlavə fəaliyyət göstərmişdir.
  • 2010 - 2019 - cu ilədək   ISO 9001;14001 ISO 10002 & OHSAS 18001 standartları üzrə  Azercelll Daxili Auditoru olaraq əlavə fəaliyyət göstərmişdir.
  • 2018-2019 - Ali Neft Məktəbinin School of Project Management proqramı daxilində :  Layihə idarəetmənin tətbiqi üzrə kurs (qonaq lektor) 
  • 2019 - 2020  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - Strategiya və Layihələrin İdarəedilməsi Departamentinin müdiri 

 
Sertifikatlar:

  • 2005 -ci ildən IPMA: International Project Management Association (C Level) sertifikatı
  • 2016 - cı ildən PMİ: Project Management İnstitute Azerbaijan Potential Chapter ( qurucu komitənin sədri)
  • PMİ: Project Management İnstitute  PMP sertifikatı 

Təlim ödənişlidir

38 saatliq təlimin Online ödənişi  300 AZN olaraq təyin edilmişdir. (HAZIRDA ONLİNE DƏRSLƏRDİR ANCAQ)
38 saatliq təlimin Ofline ödənişi  400 AZN olaraq təyin edilmişdir.(OFFLİNE DƏRSLƏR COVİD 19 PANDEMİYASINA GÖRƏ KEÇİRİLMİR)

- Korporativ Endirimlər:

Eyni şirkətdən 2 iştirakçı – 5 %  
3 ve daha artıq iştirakçı – 10 %
Business Management Schoolun məzunlarına 10 %



Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.


  Ödənişə daxildir:


- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat

 

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

 

✔ Təlimin tarixləri :

04 Mart - (4-cü gün) - 19:15-21:15   
06 Mart - (şənbə) - 14:00-18:00

09 Mart - (2-ci gün) - 19:15-21:15
11 Mart - (4-cü gün) - 19:15-21:15   
13 Mart - (şənbə) - 14:00-18:00
16 Mart - (2-ci gün) - 19:15-21:15
18 Mart - (4-cü gün) - 19:15-21:15   
27 Mart - (şənbə) - 14:00-18:00
30 Mart - (2-ci gün) - 19:15-21:15
01 Aprel - (4-cü gün) - 19:15-21:15   
03 Aprel - (şənbə) - 14:00-18:00
06 Aprel - (2-ci gün) - 19:15-21:15
08 Aprel - (4-cü gün) - 19:15-21:15   

 

Təlim sonunda iştirakçılar  aşağıdakıları öyrənmiş olacaqlar :

 

•    Layihə idarəetmə ilə əlaqədar nəzəri və praktik məlumat əldə edəcək;
•    Bir sıra praktik məsləhətlərdən istifadə edərək vaxtı, resursları, büdcəni, keyfiyyəti idarə etməyin əsaslarını öyrənəcək;
•    Müştəri və layihə tərəfdaşlarının gözləntilərinə cavab verən təslimatları planlaşdıra biləcək;
•    Realistik və ölçüləbilinən hədəfləri müəyyənləşdirən müsbət nəticələr əldə edə biləcək;
•    Sadə metodlardan istifadə edərək layihə maliyyəti və təqvimini təxmin edə biləcək;
•    Motivasiya olunmuş layihə qrupu hazırlamağı bacaracaq;
•    Layihənin qeyri-müəyyənliklərini idarə etmək üçün dəyişikliklərin idarə edilməsi və.s. prosesləri istifadə edəcək;
•    Etibarlı bir layihə nəzarət və izləmə sistemi əsaslarını öyrənəcək;
•    Təlim sonunda Beynəlxalq təcrübə və standartlarla yanaşı, yerli təcrübəyə də əsaslanmış layihə idarəetmə bacarıqları, üsulları, alətləri haqqında həm nəzəri, həmdə praktiki biliklərə yiyələnəcəksiniz.



Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.