İstehsalatda Bədbəxt Hadisələrin Səbəbləri

İstehsalatda Bədbəxt Hadisələrin Səbəbləri



Business Management School SƏTƏM layihəsi üzrə "İstehsalatda Bədbəxt Hadisələrin Səbəbləri" təliminə start verir.

Təlim kimlər üçün nəzərdə tutulub: 
İstehsalatda işələyən fəhlə və mühəndis heyəti üçün;
 

  • Bədbəxt hadisələrin baş vermə səbəbləri, xəsarətlərin dərəcələri və əsas qruplar;
  • Təşkilati səbəblər;
  • Texniki səbəblər;
  • Sanitariya-gigiyena səbəbləri;
  • İstehsalatda sağlam iş şəraitinə qoyulan tələblər;
  • Erganomika baxımdan iş şəraiti;
  • İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya normaları;
  • Zəhərli və zərərli maddələr, onların insan orqanizminə təsir faktorları;
  • İş zonası havasına sanitariya-gigiyena tələbləri (ventilyasiya sistemləri);
  • İstehsalat zərələri və onlarla mübarizə;

Təlimçi: Samir Nəbiyev (IOSH)

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • -Riskin qiymətləndirilməsi
  • -Hadisənin araşdırılması
  • -SƏTƏM liderliyi
  • -Elektrik təhlükəsizliyi
  • -İşin idarə olunması və İşə İcazə
  • -Yükqaldırma əməliyyatları
  • -Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • -Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • -İOSH və s.

Təlim ödənişi: 170 AZN

Təlim müddəti: 1 gün 

Təlimdən nə əldə edəcəksiniz:
İstesalat prosesi zamanı vaş verə biləcək hadisələrin öncədən qarşısının alınması. Eləcə də, qeyd olunmuş qruplar üzrə xəsarət formalarının təyin edilməsi, araşdırılması və məruzə edilməsi.