Radiasiya Təhlükəsizliyi

Radiasiya Təhlükəsizliyi



Business Management School SƏTƏM layihəsi üzrə "Radiasiya Təhlükəsizliyi" üzrə 2-ci təlim sessiyasına start verir.

Radiasiya təhlükəsizliyi – insanın bütövlükdə populyasiyanın, ətraf mühitin obyektlərinin ionlaşdırıcı şualanmanın zərərli təsirlərindən qorunmasını təmin edən elmi əsaslanmış tədbirlər kompleksidir. Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şualanma mənbələrinin və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinə istiqmətlənib.

Təlim kimlər üçün nəzərdə tutulub: Rentgen, radioqrafiya (X-Ray), radioaktiv ərazilərdə işləyən bütün işçi heyəti üçün nəzərdə tutulub.
 

  • Radiasiya təhlükəsizlik normaları;
  • İonlaşdırıcı şüalanma;
  • Radiasiya dozalarının ölçülməsi;
  • Ekvivalent dozanın gücü;
  • Ekspozisiya dozası;
  • İonlaşdırıcı şüalanmadan mühafizəyə olan tələblər;
  • Radioaktiv maddələrin aktivliyi;
  • Xarici şüalanma;
  • Daxili şüalanma;
  • Radiasiya təhlükəsizliyi normaları;
  • Radiasiyanın bioloji fəsadları və onun zərərsizləşdirilmə taktikası;
  • Kimyəvi radioprotektorlar;
  • Təbii radiasiya;
  • Radionuklidlərdən şəxsi heyətin mühafizəsi;
  • Alfa- və beta-şüalanmadan qorunma;
  • Xarici qamma-şüalanmadan qorunma;
  • Radiasiya qəzalarının nəticələrini aradan qaldırdıqda qəza-xilasetmə işlərinin təşkili və aparılması;
  • Toksik maddələrin xassələri, xarakteristikası və onlardan mühafizə üsulları;
  • Zəhərlənmə ocaqlarının aradan qaldırılmasının təşkili və üsulları;
     

Təlimçi: Samir Nəbiyev (IOSH)

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • -Riskin qiymətləndirilməsi
  • -Hadisənin araşdırılması
  • -SƏTƏM liderliyi
  • -Elektrik təhlükəsizliyi
  • -İşin idarə olunması və İşə İcazə
  • -Yükqaldırma əməliyyatları
  • -Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • -Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • -İOSH və s.

Təlimlər

Təlim ödənişi: 220 AZN

Təlim müddəti: 1 gün

Təlimdən nə əldə edəcəksiniz: Radiasiya təhlükəsizlik normalarının qiymətləndirilməsi. Radioaktiv maddələrdən təhlükəsiz istifadə. Eləcə də təhlükəsiz təmas xəttinin müəyyən edilməsi.