Elektrik Təhlükəsizliyi

Elektrik Təhlükəsizliyi



Business Management School SƏTƏM layihəsi üzrə "Elektrik Təhlükəsizliyi" üzrə  təlim sessiyasına start verir.
 
Hər bir elektrik qurğusu elə layihələndirilməli və quraşdırılmalıdır ki, istismar prosesində onlar etibarlı və təhlükəsiz işləsinlər. Elektrik maşınlarının, aparatların, paylaşdırıcı quruluşların və elektrik şəbəkələrinin cərəyan keçirən bütün hissələri metal gövdələrdən və konstruksiyalardan etibarlı izolə olunmalı və əlçatmaz yerdə quraşdırılmalıdır.

Təlim kimlər üçün nəzərdə tutulub:
Elektrik paylaşdırıcılarda, transfarmator və ötürücülərdə, eləcə də elektrik sistemləri ilə təmasda olan, həmçinin elektrik mantyorları üçün nəzərdə tutulmuşdur.

  • Elektrik cərəyanının insana təsiri;
  • Statik elektriklənmə;
  • Sənayedə statik elektriklənmə təhlükəsinin aradan qaldırılması yolları;
  • Sabit və dəyişən cərəyanlı elektrik maşınlarının təhlükəsizliyi;
  • Elektrik cərəyanından zədələnmə təhlükəsinin analizi;
  • Aşağı gərginlik;
  • Yüksək gərginlik;
  • Toxunma  və addım gərginlikləri;
  • Elektrik təhlükəsizliyini təmin edən texniki  üsullar;
  • Mühafizəedici yerləbirləşdirmə;
  • Mühafizəedici sıfırlama;
  • Mühafizəedici açma quruluşu;
  • Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım;

Təlimçi: Samir Nəbiyev (IOSH)

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • -Riskin qiymətləndirilməsi
  • -Hadisənin araşdırılması
  • -SƏTƏM liderliyi
  • -Elektrik təhlükəsizliyi
  • -İşin idarə olunması və İşə İcazə
  • -Yükqaldırma əməliyyatları
  • -Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • -Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • -İOSH və s.

Təlimlər

Təlim ödənişi: 180 AZN

Təlim müddəti: 1 gün

Təlimdən nə əldə edəcəksiniz: Elektrik sistemləri və alətlərindən təhlükəsiz istifadə. Elektrik enerjisinin təcrid edilməsi, eləcə də elektrik çarpması zamanı ilk yardım və enerji mənbələrindən mühafiz olunma.