Fövqəladə Hallar Zamanı İşçi Heyətinin Reaksiyası

Fövqəladə Hallar Zamanı İşçi Heyətinin Reaksiyası



Təlim təcrübə əsasında hazırlanmış və müvafiq beynəlxalq standartlar, eləcə də yerli qanunvericilik tələblərinə istinad olaraq müvafiq qaydada təqdim olunacaq. Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır. Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Təlim istədiyiniz dildə təşkil oluna bilər. Kursun məzmunu işçilərin çalışacağı sektora uyğun şəkildə tərtib edilə bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. İştirakçılar, imtahanın sonunda sual-cavab formasında olmaq şərti ilə, qiymətləndirmədən keçirilir və imtahanı müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunur.
Aşağıdakılar kursun məzmununu əhatə edir

Giriş: Fövqəladə hal — qəza, təbii fəlakət və digər hallar nəticəsində konkret ərazidə yaranmış şəraitdir. Təbii və texnogen xarakterli olmaqla FH iki yerə bölünür. İş və gündəlik həyatımızda, az da olsa rast gələ biləcəyəmiz hər hansı bir FH zamanı panikaya düşmədən, lazımi qaydada hadisəyə nəzarəti əldə saxlamaq üçün mütləqdir ki, teoriki və praktiki biliklərə sahib olaq. Bu məqsədlə BMS olaraq sizə bu şansı veririk.

Təlim kimlər üçündür

Ofis və istehsalat sahələrində çalışan bütün işçi heyət

Təlimin məzmunu

  • FH haqqında ümumi məlumat və onların növləri
  • Texnogen və təbii FH haqqında qısa məlumat
  • FH zamanı işçi heyətin təxliyyə olunma prosesi
  • FH zamanı cavabdeh şəxslərin vəzifə borcları
  • FH zamanı ümumi həyəcan siqnalının verilməsi
  • FH zamanı icazə və qadağa edici nişanlar

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 1 gün

Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.