Yanğın Təhlükəsizliyinin Təmin Edilməsi və Yanğınla Mübarizə

Yanğın Təhlükəsizliyinin Təmin Edilməsi və Yanğınla Mübarizə



Təlim təcrübə əsasında hazırlanmış və müvafiq beynəlxalq standartlar, eləcə də yerli qanunvericilik tələblərinə istinad olaraq müvafiq qaydada təqdim olunacaq. Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır. Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Təlim istədiyiniz dildə təşkil oluna bilər. Kursun məzmunu işçilərin çalışacağı sektora uyğun şəkildə tərtib edilə bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. İştirakçılar, imtahanın sonunda sual-cavab formasında olmaq şərti ilə, qiymətləndirmədən keçirilir və imtahanı müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunur.
Aşağıdakılar kursun məzmununu əhatə edir

Giriş: Ofis binalarında, eləcə də iş sahələrində yanğın təhlükəsizliyini təmin etmək üçün, işçi heyətini təlimatlandıraraq öhdəlik və vəzifələr seçilməlidir. Yanğın zamanı köməkçi briqada ilə necə əlaqə saxlanmalı və həyacan siqnalının necə verilməsi barədə ətraflı danışılacaq. Təyin olunmuş vəzifə və öhdəliklər hansı ardıcıllıqla öz öhdəliklərini necə həyata keçirilməsi haqqında təlim iştirakçılarına izah olunacaqdır. Həmçinin, yanğın zamanı xəsarət alan şəxslərə ilk yardımın göstərilməsi və eləcə də təxliyyə olunması barədə ətraflı məlumat veriləcəkdir.  

Təlim kimlər üçündür

Ofis və istehsalat sahələrində çalışan bütün işçi heyət

Təlimin məzmunu

  • Yanğın üçbucağı
  • Tez alışan və təhlükəli maddələr
  • Yanğın əmələ gətirən səbəblərin aradan qaldırılması
  • Yanğının aşkarlanması
  • Yanğın və siqnalizasiya sistemləri
  • Yanğın söndürən vasitələr
  • Yanğınsöndürən balonların istifadə qaydası

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlimin müddəti: 1 gün

Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.