Yanğınsöndürmənin Əsasları Təlimi

Yanğınsöndürmənin Əsasları Təlimi



Təlimin məqsədi: Yanğınla İlkin Mübarizənin yolları barəsində işçiləri məlumatlandırmaq.

Təlim kimlər üçün nəzərdə tutulub: Yanğın halları ilə mübarizəyə səfərbər edilə biləcək şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Yanma nəzəriyyəsinin əsas prinsiplərini
  • Yanğının təsnifatını
  • Düzgün yanğınsöndürənin seçilməsi və istifadəsini
  • Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı

Öhdəliklər: təlimi bitirdikdən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar:

  • Yanma Nəzəriyyəsinin başlıca prinsiplərini bilmək
  • Müxtəlif cür yanğınsöndürmə qurğularını ayırd etmək və işlətmək
  • Yanğını müəyyən etməyin və onun qarşısını almağın başlıca prinsiplərini təyin etmək

Mövzular:

  • Giriş/Tanışlıq
  • Yanğının əmələ gəlməsi / Yanğının səbəbləri və nəticələri
  • Yanma nəzəriyyəsi
  • Yanğının yayılma yolları
  • Yanğının növləri (təsnifatı -sinifləri)
  • Yanğın söndürməyin vasitələri
  • Müxtəlif yanğınsöndürmə (Odsöndürənlər) və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları
  • Yanğına qarşı profilaktik tədbirlər
  • Riskin Qiymətləndirilməsi
  • Odsöndürən balonlar (yoxlama və texniki baxış)
  • Odsöndürənlərin istifadə qaydalarını göstərmək/ praktiki təlimatlandırma
  • Təlimin və iştirakçıların qiymətləndirilməsi.

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 4 saat (3 saat nəzəri hissə, 1 saat praktik hissə (yanğınsöndürmə balonları üzərində məlumat)

Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.