Təhlükənin Müəyyən Olunması və Riskin Qiymətləndirilməsi Təlimi

Təhlükənin Müəyyən Olunması və Riskin Qiymətləndirilməsi Təlimi



Təlimin məqsədi: İş yerində Təhlükələrin Müəyyənləşdirilməsi və İş Riskinin Qiymətləndirilməsi sahəsndə işçiləri məlumatlandırmaq.

Təlim kimlər üçün nəzərdə tutulub: Təlim təhlükəsiz iş sisteminin həyata keçirilməsinə görə məsuliyyət daşıyan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Təhlükələr və enerji mənbələrinin aşkar olunmasını
  • Riskin necə qiymətlərndirilməsini
  • Nəzarət tədbirlərinin tətbiq olunmasını
  • Rollar və vəzifə öhdəliklərini

Mövzular:

  • Giriş
  • Əsas Terminlərin İzahı
  • Risklərin Qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
  • Riskin Qiymətləndirilməsi cədvəli (matrisi)
  • Enerji mənbələrinin (təhlükələrin) müəyyən edilməsi
  • İşin Riskinin Qiymətləndirilməsinin növləri
  • İş Riskinin Qiymətləndirməsinin səviyyələri
  • Nəzarət Tədbirlərinin İyerarxiyası

Təlimçi: Samir Nəbiyev

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

Şahdəniz 1, Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları, Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi, Səngəçal neft Terminalı, Cənub Qafqaz Layihısinin genişləndirilməsi (TANAP) və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

-

Təlim müddəti: 4 saat

Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.