Qapalı Sahəyə Giriş Təlimi

Qapalı Sahəyə Giriş Təlimi



Kursun Məqsədi: Qapalı Sahdə baş verə biləcək təhlükələr onların mənbələri və bu cür sahələrdə çalışarkən zədə və xəsarətlərin qarşısını almaq üçün səmərəli təhlükəsizlik təlbirlərinin necə həyata keçirilməsi barədə ümumi anlayış vermək.

Təlim kimlər üçün nəzərdə tutulub: Qapalı sahələrə giriş əməliyyatlarına cəlb edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Qapalı Sahədə baş verə biləcək təhlükələr onların mənbələri
  • Qapalı Sahədə işləmək üçün tələblər
  • Ehtiyyat tədbirlərinin görülməsi

Mövzular:

  • Giriş
  • Qapalı Sahə nədir
  • Qapalı Sahələrdəki Təhlükələr
  • Enerjinin təcrid olunması
  • Qapalı Sahədə çalışan İşçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri
  • Qapalı Sahədə İşin İcrasına İcazə
  • Qapalı Sahədə işləmək üçün tələb olunan sənədlər
  • Qapalı Sahə üzrə nəzarət tədbirləri
  • Havanın Yoxlanması
  • Fövqəladə Hallar və Xilasetmə işlərinin təşkili
  • Təlimin yekunu və Qiymətləndirmə

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 4 saat

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.