Hündürlükdə iş zamanı texniki təhlükəsizlik üzrə təlim

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik üzrə təlim



Kursun Məqsədi: Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsidir.

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.

 

 

Mövzular:

  • Giriş
  • Hündürlük nədir - əsas terminlərin izahı
  • Hündür yerlədrə görülən işlərə qoyulan tələblər
  • Yüksəklikdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri
  • Düşən əşyalar və onların qarşısının alınması
  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları
  • İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)
  • Dam örtüyü üzərində işləmə
  • Yıxılma əleyhinə əlavə FMV (Təhlükəsizlik kəməri və ondan istifadə qaydaları)
  • Ayaqaltıların (Taxtabənd) təftişi və texniki baxışdan keçirilməsi
  • Avadanlıqların yoxlanılmasının və işlək vəziyyətdə saxlanılmasının əsasları
  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri
  • Yüksəklikdə xilasetmə planı
  • Sallanma Travmaları
  • Təlimin yekunlaşdırılması və Qiymətləndirmə

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: Bir gün (nəzəri və praktik hissə)

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.