İşin İcrasına İcazə Təlimi

İşin İcrasına İcazə Təlimi



Kursun Məqsədi:

  • İşin İcrasına İcazə Sistemi nə demək olduğu barədə ümumi anlayışa malik olmasını təmin etmək;
  • Xüsusi bir iş üçün lazım olan İcazə növünün müəyyən edilməsinə yardım etmək;
  • Risk səviyyəsinə müvafiq sənəd növlərinin istifadəsi üzrə tələbləri müəyyən etmək;
  • İcazə sistemində iştirak edən kəslərin rol və öhdəliklərini müəyyən etmək.

Təlim kimlər üçün nəzərdə tutulub: İşin İcrasına İcazə Sisteminə cavabdeh olan səlahiyyətli şəxslər üçün nəzərdə tutulmuşdur.

Mövzular:

  • Giriş
  • İşin İcrasına İcazə Sistemi üzrə cəlb olunmuş səlahiyyətli şəxslərin vəzifə öhdəlikləri
  • Əsas Terminlərin İzahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
  • Təhlükənin Aşkar Edilməsi və Riskin Qiymətləndirilməsi
  • Risklərin Qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
  • Nəzarət Tədbirlərinin İyerarxiyası
  • Enerji mənbələrinin müəyyən edilməsi
  • İşin Riskinin Qiymətləndirilməsinin Növləri
  • İş Riskinin Qiymətləndirməsinin Səviyyələri
  • İcazə Sənədinin tələb olunduğu İşlər
  • İcazə sənədlərinin növləri və tətbiq olunması

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 8 saat

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.