İcraçı Rəhbərlər üçün Təlim

İcraçı Rəhbərlər üçün Təlim



İşin Təhlükəsizlik Sistemləri iş tapşırığı ilə bağlı təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üçün sistematik olaraq tapşırığın yoxlanılmasından irəli gələn bir formal prosedurdur. Bu Sistem iş tapşırığı və eləcə də tapşırığın icra edildiyi ətraf mühitlə bağlı hər hansı təhlükəni sistematik olaraq müəyyənləşdirir və nəzarət edir.

Bu Təlim Proqramının məqsədi - İşi İcra Etmək Səlahiyyəti almış rəhbərlərin (İcraçı Rəhbər) (PERFORMING AUTHORITY - PA) öz vəzifələrini təhlükəsiz və səmərəli şəkildə icra etmək üçündür.

Mövzular:

  • Giriş
  • Qızıl Qaydalar
  • İşin Təhlükəsizlik Sistemləri
  • İşə icazənin məqsədi və əhatə dairəsi
  • Qanunvericilik və standartlar
  • Vəzifələr və Cavabdehliklər
  • İşə icazənin növləri
  • İşə icazənin strukturu
  • Əlavə sertifikatlar
  • Enerjinin təcrid edilməsi tələbləri
  • İş üzrə riskin qiymətləndirilməsi
  • Praktiki təlim və iş senariləri
  • Videolar
  • Qiymətləndirilmə

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 8 saat

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.