Yüklərin Əllə Daşınması Təlimi

Yüklərin Əllə Daşınması Təlimi



Kursun Məqsədi: Əl ilə yükdaşıma barədə işçiləriməlumatlandırmaq və düzgün yükqaldırma üsulları nümayiş etdirmək

Təlim kimlər üçün nəzərdə tutulub: Əllə iş icra edən bütün işçi heyyəti üçün nəzərdə tutulmuşdur.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz: Düzgün yükqaldırma texnikasının yollarını və riskin qiymətləndirilməsini.

Mövzular:

  • Giriş
  • Əl ilə yükdaşıma nədir
  • Statistik göstəricilər
  • İnsan anatomiyası və xəsarətlər
  • Əl ilə yükdaşıma üsulları (qaydaları)
  • Əllə Yük Daşımanın Qiymətləndirilməsi
  • Riskin qiymətləndirilməsi
  • Təhlükəsiz şəkildə yükqaldırma
  • Əllə Yükqaldırma Qaydaları və Düzgün yükqaldırma texnikası
  • Yükün Mexaniki Üsulla Daşınması

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 4 saat

 

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.