Cilalayıcı / Kəsici Çarxların Təhlükəsizliyi

Cilalayıcı / Kəsici Çarxların Təhlükəsizliyi



Təlimin məqsədi: Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi, quraşdırılması, saxlanılması və daşınması üçün lazımı məlumatlarla təmin etmək.

Təlim kimlər üçün nəzərdə tutulub: daşına bilən və ya stasionar cilalayıcıdan istifadə etməyi nəzərdə tutulmuş şəxslər üçün nəzərdə tutulmuşdur. Daha ətraflı:

  • Cilalayıcıdan istifadə edən və ya istifadə yaxud idarə etməyə hazırlaşan bütün iştirakçılar üçün.
  • Az və ya heç təcrübəsi olmayan işçilər üçün.
  • 18 yaşından çox olan şəxslər üçün.

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Kəsmə / Cilalama avadanlığını və daşların təhlükəsiz istifadəsini

Mövzular:

  • Giriş
  • Fövqəladə hallar zamanı nəzarət tədbirləri
  • Kəsmə / Cilalama daşlarının istifadəsinə dair ümumi məlumat
  • Rol və öhdəliklər
  • Xəsarətlər və Titrəyiş təhlükəsi (bədənin və əllərin titrəmə Sindromu)
  • Elektrik ilə çalışan kəsmə / cilalama
  • Çarxların xarakteristikası və növləri
  • Elektrik avadanlıqlarının və disklərin saxlanılması və istifadəsi
  • Yeni Cilalayıcı və kəsmə disklərin quraşdırılması
  • Nəzarət tədbirləri və Fərdi Mühafizə Vasitələri (FMV/PPE)
  • Qoruyucuların Təyinatları
  • Təlimin yekunlaşdırılması və Qiymətləmdirmə (test sualları)

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Təlim müddəti: 5 saat (4 saat nəzəri hissə, 1 saat praktik hissə (cilalama və kəsmə)

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.