SƏTƏM haqqında Ümumi Məlumat Təlimi

SƏTƏM haqqında Ümumi Məlumat Təlimi



Təlimin məqsədi: SƏTƏM strategiyasını və Təhlükəsizlik Prosedurları haqqında məlumat vermək

Təlim kimlər üçün nəzərdə tutulub: Hər bir işçi üçün (Menecerlər, Supervayzerlər, Formenlər, SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər).

Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:

  • SƏTƏM siyasəti və qaydalarına necə əməl edilməsini
  • Sağlamlıqla və Təhlükəsiliklə bağlı rol, öhdəlik və məsuliyyəti dərk etmək
  • İş yerinizdə, gündəlik həyatınızda baş verə biləcək təhlükələr, onların müəyyənləşdirilməsi
  • Ehtimal olunan risklərin praktik cəhətdən aşağı salmağı
  • Təhlükəsiz iş mühitinin formalaşdırılmasını

Yanğın və digər fövqəladə hallar zamanı nələrə əməl etməli olduğunuzu biləcəksiniz.
 

Mövzu:

  • Giriş
  • Məqsəd
  • Qanunvericilik və digər tələblər
  • Siyasətlər, Prosedurlar və təlimatlar
  • Təhlükəsizliyə dair öhdəliklər
  • Əməyin təhlükəsizliyi üzrə “Qızıl Qaydalar”
  • SƏTƏM idarəetmə sisteminin strukturu
  • Təhlükəsiz iş Sistemi
  • İşin İcrasına İcazə Sistemi
  • Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
  • Nəzarət tədbirlərini tətbiq olunması
  • Fərdi Mühafizə Vasitələri
  • Təhlükələrin və Bədbəxt hadisələrin məruzə olunması
  • Təlimin qiymətləndirilməsi

 

 

 

Təlimçi: Samir Nəbiyev

Təhsili:

Samir Nəbiyev 1995-98 illərdə Sumqayıt Texnologiya Texnikomunun İqtisadiyyat fakultəsini, 1998-2002-ci illərdə Sumqayıt Dövlət Universitenin Mühəndis İqtisadiyyatı və İdarəetmə Fakultəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitenin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə ikinci ali təhsilini davam etdirir.

İş fəaliyyəti:

İş fəaliyyətinə 2003-ci ildən start versə də, peşəkar karyerasına 2008-ci ildən Keyfiyyətin Təminatı departamentində başlamışdır. SƏTƏM sahəsinə isə 2011-ci ildən SƏTƏM mühəndisi kimi start vermişdir.

"Şahdəniz 1", "Dərin Özüllər Zavodu, Azadlıq və Dərnəgül metrostansiyaları", "Sərhəd qaşunlarının “N” saylı hərbi hissəsində vertalyot anqarlarının tikintisi", "Səngəçal neft Terminalı", "Cənub Qafqaz Layihəsinin genişləndirilməsi (TANAP)" və s. bu kimi dövlət və qeyri dövlət layihələrində çalışmışdır. Sahələr əsasən neft-qaz, boya, tikinti, metallurgiya və s.olmuşdur.

Paralel olaraq əməkdaşlıq etdiyi müəssisələrdə SƏTƏM və Keyfiyyətin İdarə Olunması üzrə prosedur və təlimatların yazılmasını, eləcə də sistemin işləməsini də həyata keçirir.

Hal hazırda mühafizə şirkətində SƏTTƏM Meneceri vəzifəsində çalışır. 

İştirak etdiyi təlimlər:

  • Riskin qiymətləndirilməsi
  • Hadisənin araşdırılması
  • SƏTƏM liderliyi
  • Elektrik təhlükəsizliyi
  • İşin idarə olunması və İşə İcazə
  • Yükqaldırma əməliyyatları
  • Qapalı sahəyə giriş və Səlahiyyətli Qaz yoxlayıcı
  • Sağlamlıq üçün təhlükəli olan maddələrin idarə edilməsi
  • İOSH və s.

-

Kursun Müddəti: Bir gün (4 saat)

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.