HR Assistent Təlimi

HR Assistent Təlimi



"Business Management School" MMC olaraq 0-dan başlayanlar üçün "HR Assistent " təliminin 10-cu sessiyasına start veririk!

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

1-ci hissə / İnsan Resurslarının İdarə Edilməsi

 

1.     İRİE nədir? /  müasir müəssisələrdə onun rolu, strukturu və təkamülü / Hüquqi əsasları

2.     İRİE Modulları, modulların bir-biri ilə bağlantısı (linklər)  

3.     İşə qəbul sistemi, vakansiyanın təsviri, vakansiyanın elan kanalları, müsahibə texnikaları,  adaptasiya

4.     Xidməti Faəliyyətin İdarə Edilməsi (önəmi, metodları, nəticəsi)

5.     Təlim və inkişaf

6.     Karyeranın idarə edilməsi,  İşçi bağlılığının yaradılması 

7.     İstedadların idarə edilməsi  ( Talant management system )      

8.     Mükafatlandırma / bonuslar 

 

2-ci hissə /  Əmək Qanunvericiliyi və sənədləşmə

I dərs

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi sistemi
  • İşə qəbul zamanı tələb olunan sənədlər
  • Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri
  • Əmək müqaviləsinin müddəti
  • Sınaq müddəti
  • Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş)
  • Əmək kitabçasının doldurulma qaydaları
  • İşçinin şəxsi işinin tərtibi

II dərs

  • Əmək şəraitinin şərtləri
  • Əvəzçilik üzrə əmək müqaviləsi
  • Başqa işə keçirmə
  • Başqa işçinin əmək funksiyasının icrası
  • İşçilərin attestasiyası
  • Əmək qanunvericiliyinin pozulması zamanı cərimələr

III dərs

  • İş vaxtının növləri və tənzimlənməsi qaydaları
  • İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları
  • İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
  • Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
  • İşçilərin ezamiyyə qaydaları

IV dərs

  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
  • Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
  • Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası
  • Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları


 

 Təlimçi: Yeganə Nəsibova

 Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
  • Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)

 

İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

 

 

 Təlim ödənişi:. 20 saatlıq təlimin ödənişi 230 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 və daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Online dərslər
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

 

Təlim cədvəli
 

21 Sentyabr ( Şənbə ) 14:00 - 18:00 
28 Sentyabr ( Şənbə ) 14:00 - 18:00 
05 Oktyabr  ( Şənbə ) 14:00 - 18:00 
12 Oktyabr  ( Şənbə ) 14:00 - 18:00 
19 Oktyabr  ( Şənbə ) 14:00 - 18:00 


 

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

 

Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

 

Təlimdən məzun olduqdan sonra BMS-in təşkil etdiyi bütün təlimlərdə iştirak üçün endirim əldə edəcəksiniz.