HR Assistent Təlimi

HR Assistent Təlimi



"Business Management School" MMC olaraq 0-dan başlayanlar üçün "HR Assistent " təliminin 12-ci sessiyasına start veririk!

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

1-ci hissə / İnsan Resurslarının İdarə Edilməsi

  1. İnsan resurslarının idarəedilməsi anlayışı
    • İRİE nədir, məqsədi və hədəfləri
    • Müasir dövrdə İRİE-nin rolu və təkamülü
    • İRİE-nin modulları və onlar arasında qarşılıqlı əlaqə
    • İRİE-nin hüquqi əsasları (nizamanmə, əsasnamə, daxili davranış prosedurlarının hazırlanması)
    • İRİE üzrə mütəxəssisin səriştəlikləri
       
  2. İşə qəbul və adaptasiya
    • İR planlamanın zərurəti
    • İşəqəbul sisteminin strukturu
    •  Vakansiyanın idarəolunması ( elanın hazırlanması, namizəd axtarış kanalları, CV screening
    •  Müsahibələrin keçirilməsi (hazırlıq, texnikaları, namizədin qiymətləndirilməsi, davranış qaydaları, mərhələləri )
    • İşçi adaptasiyasının düzgün tənzimlənməsi
       
  • Xİdməti fəaliyyətin idarə olunması və karyera inkişafı​​
    • XFİ anlayışı, ənənəvi və modern qiymətləndirmə metodları,  və sistemin qurulmasında məqsəd
    • XFİ metdoları ( 360 dərəcə, MBO, BARS, qiymətləndirmə mərkəzi metodu)
    • XFİ nəticələrinin idarəolunması
    • Fərdi inkişaf planı
    • Strateji vəzifələr üzrə əvəzedicilərin yetişdirilməsi
       
  1. Təlim və inkişaf
    • Təlim və inkişaf modulunun əhəmiyyəti
    • Təlim ehtiyaclarının müəyyən edilməsi
    • Təlim planının hazırlanması, həyata keçirilməsi və nəzarət
    • Effektivliyin ölçülməsi
       
  2. İşçi bağlılığının yaradılması, mükafatlandırma və motivasiya​​​​
    • İşçi bağlılığının mahiyyəti və təkan verən amillər
    • İRİE mütəxəssislərinin işçi bağlılığında rolu
    • İşçi bağlılığını artıran fəaliyyətlər
    • Maddi və qeyri-maddi motivasiya
    • Motivasiya nəzəriyyələri

2-ci hissə /  Əmək Qanunvericiliyi və sənədləşmə

I hissə

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqqında məlumat
  • Əmək münasibətlərinin tərəfləri
  • Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri
  • Sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar
  • Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş)
  • Əmək kitabçası və onun doldurulma qaydaları
  • İşçinin “şəxsi işi”nin tərtibi
  • Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, başqa işə keçirmə
  • Əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi
  • Əvəzçilik üzrə əmək müqaviləsi
  • Başqa işçinin əmək funksiyasının icrası

 

II hissə

  • İş və istirahət vaxtı anlayışı
  • İş vaxtının normaları (tam, qısaldılmış, natamam)
  • İş vaxtının cəmlənmiş uçotu
  • Gecə vaxtı işin müddəti
  • İş vaxtından artıq iş
  • İstirahət və iş günü hesab edilməyən günlərdə işə cəlb olunma
  • Məzuniyyətin növləri və onların rəsmiləşdirilməsi
  • Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası

 

III hissə

  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları və xitamın sənədləşdirilməsi
  • İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası
  • İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
  • Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
  • Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
  • Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
  • Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
  • Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

 

 Təlimçi: Yeganə Nəsibova

Təhsili:

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər və Avropaşünaslıq / Bakalavr (2002-2006)

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər / Magistr (2006-2008)

The George Washington University – Layihələrin idarə olunması / Magistr sertifikatı (2018-2019)

SHRM – SCP – 2019

LINKEDIN: https://www.linkedin.com/in/yegana-nasibova-534b269a/

İş təcrübəsi:

Peşəkar fəaliyyətə 2007-ci ildə “Azad Azərbaycan” Tele-Radio yayım şirkətinin “Son xəbər” informasiya proqramında jurnalist kimi başlayıb. 2008-2010-cu illərdə “Azercell” MMC-də müştəri xidmətləri üzrə təmsilçi və “ATV International” (CBC) telekanalında redaktor kimi fəaliyyət göstərmişdir. İnsan Resurslarının idarəedilməsi sahəsində karyerasına 2011-ci ildə “Azərsun Holding” MMC-də başlamışdır. Holdinqin müxtəlif müəssisələrində fərqli İRİE funksiyalarını yerinə yetirmişdir. 2018-ci ilin dekabrından etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İnsan resurslarının idarəedilməsi departamentinin aparıcı mütəxəssisidir, işəqəbul zamanı test proqramının yaradılmasında və idarə olunmasında bilavasitə iştirak edir, daxili təlimçi kimi fəaliyyət göstərir. 2019-cu ildə İR üzrə beynəlxalq platformalardan biri olan və 165 ölkədən 300.000-ə qədər nümayəndəni əhatə edən insan resursları üzvlərinin peşəkar assosiasiyası - İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin (SHRM) yüksək sertifikatlaşdırılmış mütəxəssis (SHRM-SCP) dərəcəsini almışdır.

İştirak etdiyi təlimlər:

- Azersun Akademiya / Əmək qanunvericiliyi və ştat-smeta intizamına riayət olunması

- ASCO Təlim Mərkəzi / Dəyişikliklərin idarə olunması

- “LEORON” Peşəkar inkişaf institutu & Gilan Holding / "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" master klassı

- Business Management School & Kaynağım insan / Performans değerlendirme sistemi ve Yetkinlik bazlı mulakat teknikleri

- Business Management School / İnsan Resurslarının İdarəedilməsi
- Business Management School / İstedadların idarə olunması

- Business Management School / Əmək Məcəlləsi və Kadr Kargüzarlığı təlimi

 Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
  • Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)

 

İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

 

 Təlimçi: Şəhriyar Qurbanov

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)
  • Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)

 

İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

 

 

 Təlim ödənişi:. 24 saatlıq təlimin ödənişi 260 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 və daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

*05 Noyabr 2019 tarixinə kimi ilkin 50 % ödəniş edib qeydiyyatını rəsmiləşdirənlərə 20 AZN endirim ediləcək.

Təlim cədvəli
08 dekabr ( Bazar günü ) 14:00 - 18:00 
15 dekabr  ( Bazar günü ) 10:00 - 14:00 
22 Dekabr  ( Bazar günü ) 10:00 - 14:00 
05 Yanvar ( Bazar günü ) 10:00 - 14:00 
12 Yanvar ( Bazar günü ) 10:00 - 14:00 
19 Yanvar ( Bazar günü ) 10:00 - 14:00 


 

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

 

Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

 

Təlimdən məzun olduqdan sonra BMS-in təşkil etdiyi bütün təlimlərdə iştirak üçün endirim əldə edəcəksiniz.