Əmək Haqqı Hesablaması Təlimi

Əmək Haqqı Hesablaması Təlimi



"Business Management School" MMC olaraq 13 dəfə uğurla təşkil edərək keçirtdiyimiz "Əmək haqqı hesablaması" təliminin 14-cü sessiyasını elan edirik. 

 Təlim kimlər üçün nəzərdə tutulub?

- HR asistentlər və mütəxəssislər
- Maaş hesablamalarını həyata keçirdən mühasiblər
- Karyerasını HR sahəsində qurmaq istəyənlər

Təlim vasitəsi ilə hansı bilik və bacarıqları əldə edəcəksiniz?

Bu təlimlə siz əmək haqqı hesablanmasına aid Azərbaycan Respublikasının qanunvericilik aktları ilə yaxından tanış ola, müxtəlif növ hesab əməliyyatları, məsələn aylıq əmək haqqının, əmək məzuniyyətinin, ezamiyyətin, sosial müavinətlərin və digər ödənişlərin hesablamasını həyata keçirə biləcəksiniz. Bu təlim əmək haqqı mütəxəssisi kimi yetişmənizdə və inkişaf etmənizdə mühüm rol oynayacaqdır. Təlim materialları əmək haqqı ilə əlaqəli işlərinizdə bələdçilik edəcək, təlimin praktiki əhəmiyyətini işinizdə aydın şəkildə görəcəksiniz.

Tədris proqramı:

1. Əmək haqqı üzrə ümumi məsələlər 

- Əməyin ödənilməsi formaları, sistemləri və növləri
- Əmək haqqı ilə bağlı və onunla əlaqəli anlayışlar
- Əmək haqqı hesablaması üzrə ilkin sənədlər və kadr inzibatçılığı ilə bağlılıq
- Əmək haqqının hesablanmadığı hallar

2. Əmək haqqına əlavələrin, mükafatların və digər ödənclərin hesablanması qaydası 

- Əmək müqaviləsi üzrə əlavələr, əvəzetmələrlə bağlı, qeyri-iş günü işə cəlb olunma, iş vaxtından artıq işə görə ödəmələr
- Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi
- Mükafatlar, maddi yardım və digər ödəmələr 

3. Əmək məzuniyyəti və orta əmək haqqının saxlandığı halların hesablanması 

- Əmək məzuniyyətinin hesablanması qaydası və hüquqi aspektləri
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması
- Əmək məzuniyyətindən geri çağrılma ilə bağlı hesablama qaydaları
- Orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar
- Təhsil və yaradıcılıq məzuniyyətinə görə əmək haqqının hesablanması

4. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması 

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydası və hüquqi aspektləri
- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin şirkət (sığortaedən) və müvafiq dövlət orqanı tərəfindən (məcburi dövlət sosial sığorta haqları hesabına) ödənilməsi
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi 

5. Bəzi məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması 

- Hamiləliyə və doğuma görə müavinət
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət
- Uşağa qulluqla əlaqədar müavinət
- Dəfn üçün müavinət
- Müavinətlərlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi 

Aralıq İmtahanı

6. Son haqq-hesabın hesablanması 

- Son haqq-hesab anlayışı və hesablama qaydası
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablaması
- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 

7. Əmək haqqından tutulmalar və azad olmalar 

- Əmək haqqından tutulmaların növləri və şərtləri
- Fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər
- Məcburi dövlət sosial sığorta haqqı, tutulma zamanı istisna edilən gəlir növləri 
- Aliment və icra sənədinə görə tutulmalar

8. Ezamiyyə haqlarının hesablanması 

- İşçinin ezamiyyətə göndəriməsinin rəsmiləşdirilməsi
- Respublikadaxili ezamiyyənin hesablanması
- Xarici ölkəyə ezamiyyənin hesablanması



Yekun İmtahanı

Təlimçi: Sahil Sabirzadə 

Sahil Sabirzadə 2008-2013-ci illərdə Qafqaz universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin İnzibati idarəetmə ixtisasını fərqlənmə ilə bitirmişdir.

Kariyerasına ilk olaraq turizm sektorunda 2014-cü ildə “Tufandağ Turizm Kompleksi” MMC-də Kadr işləri üzrə işçi olaraq başlamışdır. Daha sonra 2015-2017-ci illərdə “Finca-Azerbaijan” BOKT- da Maliyyə xidmətləri departamentində müxtəlif vəzifələrdərdə çalışmışdır. 2017-ci ildə “Veysəloğlu Qrup”-da İnsan Resursları departamentində əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsində 2000-dən çox işçinin əmək haqqısının hesablanması işini yerinə yetrmişdir. 2018-2019-cu illərdə  öz kariyerasını İnşaat sektorunda, “Gilan Construction Group” MMC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində davam etdirmiş və böyük işçi heyəti olan şirkətin əmək haqqı sisteminin qurulması fəaliyyətini həyata keçirmişdir. 2019-cu ildə Gilan Holding nəzdində fəaliyyət göstərən və maliyyə xidmətləri göstərən “Professional Support Center” MMC-yə dəvət almışdır və hal-hazırda  Əmək haqqı hesablanması departamentində  əmək haqqı hesablanması və kadr işləri üzrə mütəxəssis vəzifəsini icra edir.

 

İştirak etdiyi təlimlər

  1. Mühsaibat və Vergi Uçotu - Business Plus
  2. Əmək Məcəlləsi və Kadr Kargüzarlığı - Business Management School
  3. Əmək haqqı hesablanması - Business Management School
  4. İnsan resurslarının idarəedilməsi - Business Management School
  5. Performance Management – Keel Academy
  6. Ünsiyyət və hislərin idarə edilməsi - PDR İnternational
  7. İqtisadiyyatın diversifikasiyası; gəlir və məhsuldarlığın hesablanması -Qafqaz universiteti
  8. Vergi Uçotu - Professional Support Center

Təlim ödənişlidir. 18 saatlıq təlimin ödənişi 200 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 

01 Noyabr 2019-cu il tarixinə kimi ilkin ödəniş edərək (100 manat) qeydiyyatını rəsmiləşdirənlər 20 manat endirim əldə edəcəklər.

"Business Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir.

Dərs Cədvəli

02 Dekabr (1-ci gün) 19:00 - 21:00 (2 saat)
04 Dekabr (3-cü gün) 19:00 - 21:00 (2 saat)
09 Dekabr (1-ci gün) 19:00 - 21:00 (2 saat)
11 Dekabr (3-cü gün) 19:00 - 21:00 (2 saat)
16 Dekabr (1-ci gün) 19:00 - 21:00 (2 saat)
18 Dekabr (3-cü gün) 19:00 - 21:00 (2 saat)
23 Dekabr (1-ci gün) 19:00 - 21:00 (2 saat)
25 Dekabr (3-cü gün) 19:00 - 21:00 (2 saat)
06 Yanvar  (1-ci gün) 19:00 - 21:00 (2 saat)

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.