"Business Management School" MMC Türkiyə İnsan Resurslarının İdarə Edilməsi dərnəyi PERYÖN ilə təşkil etdiyi " Master-klass: İnsan Resurslarının İdarə Edilməsi Metrikləri və Analitikası" təliminə qeydiyyatları açıq elan edir.
Nə üçün "İnsan Resurslarının İdarə Edilməsi Metrikləri və Analitikası" təlimi?
Öz sahələrində stabil olaraq uğurlu nəticələr əldə edən şirkətlər bunu davamlı olaraq özlərini təhlil etmələrinə və bütün iş proseslərini yaxından izləmələrinə borcludurlar.
Metriklərin (Performans göstəriciləri) istifadəsi də bu təhlillərin edilməsi üçün kritik önəmə sahibdir və şirkət daxilindəki təkmilləşdirilmələrinin həyata keçirilməsinə rəhbərlik edir.
Hamımızın bildiyi kimi, "ölçülməyən fəaliyyəti təkmilləşdirmək olmaz" ifadəsi idarəetmə keyfiyyətini yüksəltməyin ən təməl qaydasıdır.
Ölçmədiyimiz heç bir prosesi effektli idarə edə bilmərik, çünki konkret məlumatların olmadığı yerdə subyekiv mühakimələrlə qərarlar alınar. Təkmilləşdirmə üçün ehtiyac olan məlumat isə dəyərləndirmələr və analizlərin nəticəsində ortaya çıxar.
"İnsan Resursları idarəçiləri (HR) strateji biznes partnyoru olmalıdır" yanaşması son zamanların bu sahənin ən önəmli gündəmlərindəndir. Ancaq, təəssüf ki, HR-ın strateji biznes partnyoru ola bilməyi üçün əlində satış, maliyə, istehsalat sahələrinin iş prosesslərində olduğu kimi kifayət qədər məlumat bazası mövcud deyil. Halbuki İnsan Resurslarını strategiyalara bağlı idarə etdiyiniz şirkətlərin uğur və məhsuldarlığını artırmağınızın ən önəmli yolu insan resurslarının xidməti fəaliyyətinin və məhsuldarlığının ölçülməsindən keçər.
Bunun üçün İnsan Resurslarının İdarə Edilməsi metriklərindən və analitikası metodlarından istifadə etmək qaçınılmazdır.
"Business Management School" MMC Türkiyə İnsan Resurslarının İdarə Edilməsi dərnəyi PERYÖN ilə təşkil etdiyi " Master-klass: İnsan Resurslarının İdarə Edilməsi Metrikləri və Analitikası" təliminə qeydiyyatları açıq elan edir.
⇒♦ Təlimin dili: Türk dili