Əmək Haqqı Hesablaması Təlimi

Əmək Haqqı Hesablaması Təlimi



"Business Management School" MMC olaraq 3 dəfə uğurla təşkil edərək keçirtdiyimiz  "Əmək haqqı hesablaması" təliminin 4-cü sessiyasını elan edirik. 

✔ Təlim kimlər üçün nəzərdə tutulub?

- HR asistentlər və mütəxəssislər
- Maaş hesablamalarını həyata keçirdən mühasiblər
- Karyerasını HR sahəsində qurmaq istəyənlər

✔ Tədris proqramı:
 

1. Əmək haqqı üzrə ümumi məsələlər 

- Əməyin ödənilməsi formaları, sistemləri və növləri

- Əmək haqqı ilə bağlı və onunla əlaqəli anlayışlar

- Əmək haqqı hesablaması üzrə ilkin sənədlər və kadr inzibatçılığı ilə bağlılıq

- Əmək haqqının hesablanmadığı hallar

 

2. Əmək haqqına əlavələrin, mükafatların və digər ödənclərin hesablanması qaydası 

- Əmək müqaviləsi üzrə əlavələr, əvəzetmələrlə bağlı, qeyri-iş günü işə cəlb olunma, iş vaxtından artıq işə görə ödəmələr

- Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi

- Mükafatlar, maddi yardım və digər ödəmələr

 

3. Əmək məzuniyyəti və orta əmək haqqının saxlandığı halların hesablanması 

- Əmək məzuniyyətinin hesablanması qaydası və hüquqi aspektləri

- Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması

- Əmək məzuniyyətindən geri çağrılma ilə bağlı hesablama qaydaları

- Orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar

- Təhsil və yaradıcılıq məzuniyyətinə görə əmək haqqının hesablanması

 

4. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması 

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydası və hüquqi aspektləri

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin şirkət (sığortaedən) və müvafiq dövlət orqanı tərəfindən (məcburi dövlət sosial sığorta haqları hesabına) ödənilməsi

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi      

 

5. Bəzi məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması 

- Hamiləliyə və doğuma görə müavinət

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət

- Uşağa qulluqla əlaqədar müavinət

- Dəfn üçün müavinət

- Müavinətlərlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi      

 

6. Son haqq-hesabın hesablanması 

- Son haqq-hesab anlayışı və hesablama qaydası

- İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablaması

- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 

 

7. Əmək haqqından tutulmalar və azad olmalar 

- Əmək haqqından tutulmaların növləri və şərtləri

- Fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər

- Məcburi dövlət sosial sığorta haqqı, tutulma zamanı istisna edilən gəlir növləri   

- Aliment və icra sənədinə görə tutulmalar

 

8. Ezamiyyə haqlarının hesablanması 

- İşçinin ezamiyyətə göndəriməsinin rəsmiləşdirilməsi

- Respublikadaxili ezamiyyənin hesablanması

- Xarici ölkəyə ezamiyyənin hesablanması

 

9. Əmək haqqı üzrə hesabatlıq və inzibatçılıq 

- Hesablama-ödəmə cədvəli

- Məcburi dövlət sosial sığortası ilə bağlı hesabat formaları (B1 və B3 hesabatları)

- Gəlir vergisinin bəyannaməsi

- Statistik hesabat formaları

- Əmək haqqı ilə bağlı arayışların verilməsi

 

Yekun İmtahan

 

✔ Təlimçi: Müşfiq Əmircanov

Təlimçimiz, Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli təcrübəyə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. Fəaliyyəti zamanı əsasən kadr inzibatçılığı, əmək haqqı, işə qəbul və s. sahələrdə işləmişdir. Bank sahəsində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.

 

✔ Təlim ödənişlidir. 20 saatliq təlimin ödənişi 200 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 

✔ 10 Oktyabr 2017-ci il tarixinə kimi ilkin ödəniş edərək qeydiyyatın rəsmiləşdirən hər kəsin təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir! 

"Busienss Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.

✔ Dərs Cədvəli

25 Oktyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
27 Oktyabr (5-ci gün) 19:00 - 21:15  (2 saat)
01 Noyabr (3-cü gün) 19:00 - 21:15 (2 saat)
03 Noyabr (5-ci gün) 19:00 - 21:15  (2 saat)
08 Noyabr  (3-cü gün) 19:00 - 21:15  (2 saat)
10 Noyabr ( 5-ci gün) 19:00 - 21:15 (2 saat)
15 Noyabr ( 3-cü gün) 19:00 - 21:15 (2 saat)
17 Noyabr ( 5-ci gün) 19:00 - 21:15 (2 saat)
22 Noyabr ( 3-cü gün) 19:00 - 21:15 (2 saat)
24 Noyabr ( 5-ci gün) 19:00 - 21:15 (2 saat)

Bu təlimlə siz əmək haqqı hesablanmasına aid Azərbaycan Respublikasının qanunvericilik aktları ilə yaxından tanış ola, müxtəlif növ hesab əməliyyatları, məsələn aylıq əmək haqqının, əmək məzuniyyətinin, ezamiyyətin, sosial müavinətlərin və digər ödənişlərin hesablamasını həyata keçirə biləcəksiniz. Bu təlim əmək haqqı mütəxəssisi kimi yetişmənizdə və inkişaf etmənizdə mühüm rol oynayacaqdır. Təlim materialları əmək haqqı ilə əlaqəli işlərinizdə bələdçilik edəcək, təlimin praktiki əhəmiyyətini işinizdə aydın şəkildə görəcəksiniz.

✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.