HR-lar üçün Excel Təlimi

HR-lar üçün Excel Təlimi



"Business Management School" MMC "HR-lar üçün Excel" təlimininin 5-ci sessiyasına start verir!

Təlim proqramı:

1. Excelin əsasları. Böyük miqdarda məlumatların mənasını anlamaq üçün Excelin imkanları. Ekran, naviqasiya, işçi kitabı, excel vərəqlərini, sətirləri, sütunları, xanaları anlamaq.

2. Elektron tablolarla rahat işləmək üçün Exceli öz seçimləriniz əsasında konfiqurasiya etmək, standart seçimlərini dəyişdirmək. Xüsusi "AutoFill" siyahısı, rəqəm formatları yaratmaq

3. Formula yaradılması və redaktə edilməsi. İR mütəxəssislərinin ən çox istifadə etdiyi axtarış funksiyalarının köməkliyi ilə fərqli məlumat bazalarında yer alan işçi məlumatlarının əldə edilməsi və s.

4. Formatlamadan istifadə etməklə məlumatların görünməsini dəyişmək imkanları. Xanalara eyni vaxtda bir neçə format tətbiq etmə və formatlamanın digər xüsusiyyətləri.

5. Şablonlar yaratmaq və ya excelin təqdim etdiyi bir çox şablonlardan istifadə etməklə gündəlik işlərdə tez tez istifadə edilən İR formalarının hazırlanmasını sürətləndirmək. Elektron tabloların vacib elementləri olan məntiqi funksiyalardan istifadə.

6. İR tətbiqetmələri üçün xüsusi mətn funksiyalarının istifadəsi. Müxtəlif çap əməliyyatları, ehtiyaclarınıza uyğun səhifə başlıqları və altlıqlar (Headers and Footer) yaratmaq. What IF analiz köməkliyi ilə arzu edilən nəticənin hesablanması.

7. Tarix və zaman funksiyalarından istifadə etməklə müəyyən tarixlər arasında gün, ay, il (işçinin yaşı, xidmət müddəti, sınaq müddətinin sonu) və s. periodları hesablamaq. Şərtli formatlama ilə əhəmiyyətli məlumatları fərqləndirmək.

8. İR mütəxəssislərinin ən çox istifadə etdiyi məlumatları istəyə uyğun sıralama və filterləmə əməliyyatları. Bəzi hallarda hər hansı məbləğlərin hesablanması zamanı, ehtiyac duyulan yuvarlaqlaşdırma funksiyaları.

9. Şablonlar yaradarkən xanalara müəyyən məhdudiyyətlər tətbiq etməklə yanlış daxiletmələri önləmək. Excel faylının qorunması, şifrələnməsi. Xətaların idarəedilməsi funksiyaları.

10. Pivot Table vasitəsilə periodik İR hesabatlarının hazırlanması. Mürəkkəb cədvəllər yaratmaq, məlumatları qısa zamanda və professional şəkildə analiz etmək.

11. Biznesin göstəricilərinin qrafik təqdimatı. Məlumatların düzgün ifadə edilməsi üçün ən uyğun qrafiklərin seçilməsi.

12. Excel dashboard - HR verilənlər bazasını dinamik Excel panellərinə çevirmək. Slicers istifadə etməklə məlumatları qısa zamanda nəzərdən keçirmək

Təlimçi: Orxan Abdullayev

Təhsili:

- Azərbaycan Dillər Universiteti - İngilis dili (2005-2009)
- Azərbaycan Dövlət İqtisad Universiteti - MBA (2015-2017)

İş təcrübəsi:

Peşəkar fəaliyyətə Rusiyanın Moskva şəhərində başlamışdır. 2010-2012-ci illərdə VIMAX LLC (Transport and Logistics) şirkətində tərcüməçi-asistent olaraq çalışmışdır. 2012-ci ildə Azersun Holdingdə İnsan Resursları üzrə direktor asistenti kimi işə başlamış, 2014 - 2018-ci illərdə Performans Dəyərləndirmə üzrə baş mütəxəssis olaraq fəaliyyətini davam etdirmişdir. Azersun Holdingdə çalışdığı müddət ərzində 360 Performans Dəyərləndirmə, Hədəf İdarəetmə Sistemi, Təklif, Mükafatlandırma və s. bu kimi bir sıra İR sistemlərinin qurulmasında və idarəedilməsində iştirak etmiş, daxili təlimçi kimi şirkət əməkdaşlarına Excel təlimləri vermişdir. 2018-ci ildən hal hazıradək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də İnsan Resursları üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışmaqdadır.

Orxan Abdullayev "Microsoft Office Specialist Excel 2016 Expert" sertifikatına malikdir.

Təlimin ödənişi:

20 saatlıq təlimin ödənişi 160 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:

- Praktiki çalışmalar
- Təlim materialları 
- Sertifikat
- Kofe-breyk

05 Oktyabr 2019-cu il tarixinə kimi ilkin ödəniş edərək (30 manat) qeydiyyatını rəsmiləşdirənlər 15 manat endirim əldə edəcəklər.

"Busienss Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir.


17 Dekabr ( Çərşənbə axşamı) 19:00 - 21:00 (2 saat)
19 Dekabr ( Cümə axşamı ) 19:00 - 21:00 (2 saat)
24 Dekabr ( Çərşənbə axşamı) 19:00 - 21:00 (2 saat)
26 Dekabr ( Cümə axşamı ) 19:00 - 21:00 (2 saat)
07 Yanvar ( Çərşənbə axşamı) 19:00 - 21:00 (2 saat)
09 Yanvar ( Cümə axşamı ) 19:00 - 21:00 (2 saat)
14 Yanvar ( Çərşənbə axşamı) 19:00 - 21:00 (2 saat)
16 Yanvar ( Cümə axşamı ) 19:00 - 21:00 (2 saat)
20 Yanvar ( Çərşənbə axşamı) 19:00 - 21:00 (2 saat)
22 Yanvar ( Cümə axşamı ) 19:00 - 21:00 (2 saat)

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.