Təchizat sistemi -Satınalma Təlimi

Təchizat sistemi -Satınalma Təlimi



Business Management School sil-silə olaraq Təchizat Zəncirinin İdarə Edilməsi Təlimləri təşkil edir. Təlimlərdə Təchizat Zəncirinin 4 əsas hissəsi,

1) Təchizat Sistemi- Satınalma modulu

2) Tender və Müqavilələr modulu

3) Logistika ( Gömrük ) modulu

4) Anbar Ehtiyyatlarının İdarə Edilməsi modulu

Hər bir modul ayrı ayrılıqda tək konsept olaraq tədris olunur. Lakin bu tək konsept təlimlər korporativ sifariş əsasında təşkil edilir.
Həmçinin Təchizat sistemi -Satınalma Təlimi ayrıca bir mövzu olaraq əhəmiyyət kəsb edir. Bir çox şirkətlərdə Satınalmanın İdarə edilməsi,Satınalma prosesləri, mövcud bazar araşdırmaları, podratçılarla əlaqələr, təchizat proseslərinin optimallaşdırılması kimi məsələlər problemli mövzulardan biridir. Bu üzdən, biz həmin şirkətin problemlərini, problemlərin həlli istiqamətində tələbləri öyrənərək onlara bu yöndə təlim konsepti yaza bilərik. Yəni təlimin konsepti və müddəti hər şirkətə görə dəyişə bilər.
Təchizat sistemi -Satınalma Təlimi üzrə ümumi konseptimiz aşağıdakı kimidir.

  1. Təchizat zənciri haqqında ümumi anlayış;
  2. Satınalmanın təchizat zəncirində rolu;
  3. Satınalma prosesinin axını;
  4. Təchizat planı;
  5. Tələb və Tələbdə 5C modelinin istifadəsi;
  6. İnformasiya sorğusu (RFI);
  7. Təklif tələbi (RFQ / RFP);
  8. Mövcud bazarlar və onların araşdırılması yolları;
  9. 5R modeli ve onun satınalmada vacibliyi;
  10. Podratçı şirkətlərin qiymətləndirilməsi;
  11. Mülkiyyətin ümumi dəyəri (TCO);
  12. Satınalma danışıqları;
  13. Müqavilələrin növləri;
  14. Podratçılarla əlaqə və onlarla münasibətin idarə edilməsi;
  15. Praktiki məşqələ.

Fərid Qurbanov (CİPS, CIPP )

Təhsili:

Selcuk Universiteti (Türkiyə)- Bakalavr-İqtisadiyyat və İdarəetmə fakultəsi -2003-2007-ci il 
"John Rojer" Dövlət Liseyi- (ABŞ, Puyallup) 2002-2003
Quba Özəl Türk Liseyi -1998-2002

İş təcrübəsi:

* Satınalma və Tender üzrə təlimçi- Business Management School- Avqust 2018-davam edir.
* Təchizat və Logistika deparamentinin rəhbəri- Gilan FMCG  - Oktyabr 2015- iyul 2018
* Beynəlxalq alışlar və təchizat üzrə şöbə müdiri - Azərsun Holdinq - Yanvar 2014- Oktyabr 2015
* Daxili Təchizat Departamentində- Şöbə müdiri - Azərsun Holdinq - Mart 2012- Yanvar 2014
* Təchizat tədqiqatı, inkişafı və təhlili üzrə mütəxəssis - Azərsun Holdinq - Avqust 2009-Mart 2012
* Təsərrüfat üzrə mütəxəssis- Socar KPS - Fevral 2009-İyul 2009
* Xarici Ticarət üzrə mütəxəssis- Yahya Usta Machinery and Die Casting and Industrial Product Co- Yanvar 2007-Sentyabr 2007



İştirak etdiyi ixtisas artırma və peşəkar inkişaf kursları:

-CIPS ixtisaslıdır.  "CIPS Certified (Chartered Institute of Procurement and Supply) – Membership number: 005508187"
-CIPP ixtisaslıdır.  "CIPP Certified (Certified International Procurement Professional)– Membership number:50401"
-"ISO 9001 Təchizat Prinsipləri "Təlimi
-"21 günlük Soyuq Zəncir" Proqramı. (Cold Chain program participation in USA.)

Təlimin qiyməti korporativ tələbin forması əsasında formalaşır.

Təlimin cədvəli sifarişçinin tələbinə əsasən formalaşır.

  • Təchizat sisteminin komponentlərini , sistemlerinin və metodlarının öyrənilməsi
  •  Təchizat sistemi  komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəmi
  •  Optimal şəkildə təchizat sisteminin təşkili