Business Management School istehsalat, dağıtım, pərakəndə və anbarlama sahəsində istifadə edilən paketləmə əməliyyatları sahəsində yeni təlim konsepsiyasını elan edir.
Paketləmə nədir?
Mağazalarda paketlənmiş,qablaşdırılmış, hədiyyəlik dəst kimi bağlanmış məhsullar tez tez qarşımıza çıxır. Bir müştəri kimi qarşınıza səliqəsiz, əzilmiş və dağınıq formada paketlənmiş məhsullar çıxırmı? Əlbəttə siz daha cəzbedici paketlənmiş məhsulu seçərsiniz. Və yaxud da sifariş etdiyiniz məhsulu şirkət sizə səliqəsiz,qırıq, korlanmış, istifadəyə yararsız şəkildə təhvil verərsə, məlum məsələdir ki, qəbul etməzsiniz. Gəlin buna müştəriyə yox, məhsulu müştəriyə təqdim edən şirkətə sual verək. Necə etmək olar ki, paketləmə və qablaşdırma prosesində bu cür problemlər olmasın?
Ola bilər ki, bəzi şirkətlər bu növ əməliyyatlara əlavə lazımsız xərc kimi baxır. Lakin yararsız paketlərin geri qaytarılması, yenidən paketlənməsi, əlavə işçi və nəqliyyat xərcləri məhsulun maya dəyərini dahada yüksəldir.Bəzi şirkətlər yaranmış bu cur dəyərsiz maliyyəti gözə almır. Məhz paketləmədə olan düzgün prosesin qurulması, əlavə dəyər qatmayan proseslərin azaldılması, itkilərin aradan qaldırılması və düzgün və keyfiyyətli paketləmə prosesinin təşkili üçün Business Management School olaraq Azərbaycanda ilk dəfə paketləmə təlimi sizə təqdim edirik.
14 saatlıq təlimdə biz sizə paketləmənin üstünlüklərini, çatışmazlıqlarından, planlamasından, risklərindən və s.tədris edəcəyik. Təlimdə bu sahədə dünyada tədbiq edilən standartlardan və yerli bazarda olan praktikadan danışılacaq.
Və xüsusəndə,təlimimizdə paketləmə prosesinə daxil olan bütün əməliyyatlar ətrafli şəkildə təhlil olunacaq. İş xəttini qurarkən hansı amillərə diqqət yetirmək, işçilərin performansını necə artırmaq, səhvlərin və itkilərin qarşısını almaq, paketləmə prosesində xərclərə necə qənaət etmək kimi və s. mövzular caselər şəkilində təlimdə izah ediləcək.
Təlimdə iştirak edə bilər:
Briqadirlər
Paketləmə üzrə coordinator, supervayzer, menecer və s.
Distrubyutor şirkətlərin təmsilçiləri
Reklam aksiyaları üzrə mütəxəssislər
Anbar, logistika şirkətlərin işçiləri
Merçendayzerlər
Mündəricat
1. 1. Paketləmə xidməti haqqında ümumi anlayış (1 saat)
Paketləmə nədir
Üstünlükləri
Hansı sahələrdə tədbiq edilir
Paketləmə şirkəti seçdikdə nəyə diqqət yetirmək lazımdır
2.2. Malların paketləmə və yığılma qaydaları(1 saat)
Qida məhsulların paketləmə və yığılma qaydaları
Qeyri qida məhsulların paketləmə və yığılma qaydaları
3.3. Paketləmənin Standard Əməliyyat Modeli(5 saat)
Sağlamlıq və təhlükəsizlik
Keyfiyyətə nəzarət
Planlama( Günlük və Aylıq)
İnformasiya axını
İnventarın sifarişi və planlanması
Satınalmanın təşkili
Paketləmə əməliyyatı
Layout& Axın
İnsan resursları
Proses təşkili və axını
Ətraf mühit
4.4.Əlavə dəyər qatan və qatmayan xidmətlər ( 2 saat)
İtki (7 waste)
Əlavə dəyər qatan işlər
Əlavə dəyər qatmayan işlər
5.5.İş prosesində ola biləcək səhvlərin təhlili və həll yolu (2 saat)
İş zamanı hansı səhvlər ola bilər
Səhvin həll yolları
Səhvlərdən yayınmaq üsülları
Eyni səhvlərin təkrarlanmaması üçün görülən tədbirlər
6.6. İş xəttinin balanslaşdırılması və iş bölgüsü (1 saat)
İşçilərin xəttlər üzrə bölgüsü
Manual xəttlərin qurulması
Avtomatlaşdırılmış xəttlərin qurulması
7.7.İş üçün lazımı və düzgün avadanlıqların istifadəsi(30 dəqiqə)