Dövlət satınalmaları haqqında təlim

Dövlət satınalmaları haqqında təlim



Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni  "Dövlət satınalmaları haqqında təlim" proqramının 9-cu sessiyasını elan edir. 


Bu təlimdə kimlər iştirak edə bilər?

-Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri

-Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri

-Satınalmalar sahəsində çalışan mütəxəssislər

Bu təlimdən nələr əldə ediləcək?

-Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
-Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
-Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
-Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
-Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
-Müqavilələrin idarə olunması.
-Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.

 

1-ci sessiya:

 

2-ci sessiya:

3-cü sessiya

4-cü sessiya

5-ci sessiya



6-cı sessiya 

7-ci sessiya

8-ci sessiya


 

Mündəricat

 

-Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza

-Dövlət satınalmalarının planlaşdırılması

-Dövlət satınalmaların təşkili

-Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri

-Elektron satınalma

-Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı

-İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi

-Malların satınalınması

-İşlərin satınalınması

-Xidmətlərin satınalınması

-Tələb edilən zəmanətlər

-Tender təkliflərinin qiymətləndirilməsi

-Şikayətlərin verilməsi və mübahisələr

-İmtahan

 

Təlimçi: Rüstəm Kərimov

Təhsil: Bakalavr dərəcəsi Odlar Yurdu Universiteti (2006-2010)

Biznesin təşkili və idarə olunması fakultəsi

İş təcrübəsi haqqında:

02/2020- Davam etməkdə - “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ - Böyük mütəxəssis

  • Elektron satınalma sisteminin qanunvericiliyə uyğunlaşdırılması (sistemdəki yekun protoklun nümunəyə uyğunlaşdırılması, kotirovka sorğusunun tətbiqi və müəyyən şərtlərə uyğunlaşdırılma)
  • Tender sənədlərinin hazırlanması; (tenderin əsas şərtlər toplusunun hazırlanması+qiymətləndirmə kriteriyaları və.s);
  • Elektron satınalmanın aparılması (elanın verilməsi, ilkin sənədlərin elektron qəbulu, iddiaçıları qeydə almaq, təkliflərin qiymətləndirilməsi, elektron yekun protokolun hazırlanması).

11/2018-12/2019 - “Maliyyə Bazarlarına Nəzarət Palatası” PHŞ - Aparıcı satınalma mütəxəssisi

  • Satınalma fəaliyyətinin ümumi idarə olunması;
  • Satınalma planının hazırlanması;
  • İş həcmlərinin və ehtimalın hazırlanması;
  • Tender sənədlərinin hazırlanması (tenderin əsas şərtlər toplusunun hazırlanması+qiymətləndirmə kriteriyaları və.s);
  • Elektron satınalmanın aparılması (elanın verilməsi, ilkin sənədlərin elektron qəbulu, iddiaçıları qeydə almaq, təkliflərin qiymətləndirilməsi, elektron yekun protokolun hazırlanması);
  • Hesabatların hazırlanması;
  • Müvafiq İcra hakimiyyəti orqanına ünvanlanan məktubların hazırlanması.

08/2018-11/2018 - “Meliorasiya və Su Təsərrüfatı” ASC - Dünya Bankının-Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi-2 üzrə Satınalma meneceri

  • Tender təkliflərinin qiymətləndirilməsi;
  • Müqavilələrin və əlavə razılaşmaların hazırlanması;
  • Layihə prosesi üzrə rüblük və illik hesabatların hazırlanması;
  • Əvvəlki satınalmalara dair arxivləşdirmə (Tikinti və məsləhət xidmətləri üzrə təqdim olunmuş təklifləri).

03/2017-08/2018 - “Vitas Consulting” MMC -  Satınalmalar üzrə menecer

  • Yerli və xarici şirkətlər üçün yerli və beynəlxalq tenderlərə dair tender sənədlərinin hazırlanması;
  • Şirkətin Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına Avropa, Asiya və Afrika ölkələrində keçirilən tenderlərdə iştirakı üçün Məsləhət xidmətlərinə dair Maraq ifadələrinin hazırlanması;
  • Sifarişçi təşkilatlar üçün təqdim olunmuş tender təkliflərinin qiymətləndirliməsi.

03/2013-03/2017 -  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti , Tender və beynəlxalq layihələrin idarə olunması departamenti -Satınalma mütəxəssisi – (yerli layihələr üzrə qrup rəhbəri)

  •        Tender sənədlərinin hazırlanması; (tenderin əsas şərtlər toplusunun hazırlanması+qiymətləndirmə kriteriyaları və.s);
  • Sifarişçi ilə qalib şirkət arasında olan müqavilənin hazırlanması;
  • Layihənin gedişi ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Satınalma prosesinin idarə edilməsi;
  • Dövlət büdcəsindən maliyyələşdirilən layihələrin idarə edilməsi;
  • Beynəlxalq maliyyə qurumlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı) ayırdığı vəsait və pay iştirakı hesabına olan Tenderlərin keçirilməsi
  • Mövcud müqavilələr üzrə əlavə razılaşmaların hazırlanması.

 

08/2012-03/2013 - “Caspian Business Management and Consulting” MMC - Təchizat və satınalma üzrə mütəxəssis

  • Ardıcıl və keyfiyyətli xidmət, rəqabətli qiymətlər, vaxtında çatdırılma və endirimli şərtlər təmin etmək üçün yüksək təchizatçılarla müqavilə danışıqlarını aparmaq;
  •  Satınalma sifarişlərini saxlama, yaratmaq və anbara nəzarət

Həyata keçirdiyi təlim və xidmətlər

  • “Aqrar Sığorta Fondu” üçün tender-kotirovkaların (Dövlət satınalmaları) keçirilməsi, maliyyə planlaşdırılması qaydaları və investisiya qaydalarının hazırlanması xidməti-Fevral-avqust 2020
  • “Hidroloq” MMC və “İGA İmport Group AZ” MMC – Özəl təşkilatın Dövlət satınalmalarında iştirakı, tender sənədi-təklifin hazırlanması, şərtlər toplusunun-qanunun izahı, və etenderdən istifadəyə dair satınalma heyyətinə təlim – yanvar-vefral 2020 və aprel-may 2020;
  • Əmlak komitəsinin qurumlarının satınalma heyyətinə – Dövlət satınalmaları haqqında və etender üzərindən (etenderdən istifadəyə dair) təlim – sentyabr-oktyabr 2019;
  • “ATL İnfo Tech” MMC və “Hidro layihə” MMC – Özəl təşkilatın yerli və beynəlxal tenderlərdə tender sənədlərinin hazırlanmasına diar təlim – fevral-mart və may-iyun 2018

Əldə etdiyi sertifikat və təlimlər

  • Business Management School – Dövlət satınalmaları təlimi – müvəffəqiyyət sertifikatı;
  • Azərbaycan Respublikasının Təhsil nazirliyi təlim- FİDİC (Müqavilə şərtləri -tikintiyə nəzarət);
  • Baku Business School – Bank xidməti.

 

✍ Təlim ödənişlidir

 

Təlim offline keçirilərsə: 330 AZN
Təlim online keçirilərsə: 230 AZN

Xüsusi qeyd: Təlim zoom platforması üzərindən tədris ediləcək. Zoom platformasında konfrans yaradılacaq. Hər bir iştirakçıya konfrans kodu bildiriləcək. Dərs cədvlinə uyğun olaraq konfrans aktiv olacaq.

- Korporativ Endirimlər:

Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 20 AZN Endirim!
3 ve daha artıq iştirakçı –  Hər iştirakçıya 30 AZN Endirim!
Business Management Schoolun məzunlarına offline üçün 40 AZN Endirim! // Online üçün 30 AZN
Tələbələrə (tələbə biləti əsasında) - 20 AZN endirim!

Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.


  Ödənişə daxildir:

- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlim müddəti 16 saat!
 

  17 oktyabr    Şənbə   10:00 : 14:00
  24 oktyabr    Şənbə   10:00 : 14:00
  31 oktyabr    Şənbə   10:00-14:00
  07 noyabr     Şənbə   10:00 : 14:00
  14 noyabr     Şənbə   10:00-12:00 (İmtahan) 



 


Dövlət Satınalmaları haqqında təlim çərçivəsində Business Management School MMC-ilə rəsmi əməkdaşlıq edən şirkətlər.