PR Təlimi

PR Təlimi



"Business Management School" MMC PR sahəsində 20 ildən artıq iş təcrübəsi olan Afət Yaqubovanın təqdimatında "PR" təliminə start verir.
30 saat həcmindəki təlim PR sahəsinin bütün funksiyalarını əhatə edən 12 əsas mövzudan ibarət olacaq. 


Təlimdə kimlər iştirak edə bilər?

- PR sahəsində çalışanlar
- Marketoloqlar
- Rəhbər işçilər
- Sahibkarlar

1. PR nədir?

PR-a ümumi baxış
- PR vs bənzər və bənzər funksiyaları yerinə yetirən sahələr
- PR niyə lazımdır?
a) fərdlərə
b) şirkətlərə

- Biznesdə, dövlət və ictimai qurumlarda PR. Fərq və bənzərliklər
- “PR Marketinq departamentinin tərkibində olmalıdır“ çəkişməsininqaynağı. Nəyivəniyəqarışdırırlar?
- Siyasi PR. PR və demokratiya
- Şouda PR
- PR-ı kimə tapşırmalı – şöbə, agentlik
- PR-çının kimliyi
 

2. Korporativ kommunikasiya

- Korporativ kommunikasiya: Nə üçün? Kimlə? Korp.kom.-a məsul şəxslər
- Hədəf kütlələr və maraqlı tərəflər (partnyorlar, dövlət və s.)
- Daxili PR nə üçün vacibdir?
- Korporativ sosial məsuliyyət
- Şirkət –konsultasiya şirkətləri münasibətləri. Briflərin verilməsi.
 

3. PR  və etibar

- Etibarlılıq nədir?
- Etibarlılığın faktorları və önəmi
- Etibar yaratmaq üçün proaktiv PR
- Brend və etibarlılıq
-Güvənsizlik və zədələnən etibar


4. Şirkətin siması

- Xalq kimi tanımalıdır?
- Liderin nüfuzu və qurum
- Natiqlik məharəti.Nitqlərin tərtibi
- Şəxsiyyətlər (şəxslər) və brendiniz. Şəxslər üzərindən brendinizi tanıtma (Product placement) və sevdirmə. Hər tanınmış sizə uyğundurmu?
- Praktiki çalışma: Brend üçün sima müəyyənləşdirmək


5. PR-da hədəf kütlə

- Xalq, ictimaiyyət, hədəf kütlə
- PR-da hədəf kütlə
- PR-ın hədəf kütləsi ilə ünsiyyət
- Şirkətin saytı, sosial media hesabları, qaynar xətti - müştəri ilə əlaqə vasitələri – necə çalışmalı, ictimaiyyətin sorğusu necə cavablandırılmalıdır?
- Müraciət dili, hədəf kütlə ilə danışıq tərzi
- Təzyiq qruplarının şirkətin PR-ına təsiri, istehlakçı hüquqlarını müdafiə təşkilatı, yaşıllar hərəkatı, heyvanları müdafiə qurumları, sosial mediadakı boş-bekarlar və s.
- 4 tip hədəf kütləsi (bütün mövzularda aktiv olan hədəf kütlə, maraqsız h.k., xusisu mövzulara maraqlı h.k., medya yayınlarından sonra yaranan h.k)


6. PR planın hazırlanması

- Planlamanın PR-da yeri və rolu
- Öncə strategiya, sonra plan
- PR-ın mərhələləri
- PR-da büdcə planlaması
- PR planlanmasında SMART
- Praktiki çalışma: PR planının hazırlanması


7. PR-ın ölçülməsi

- PR-da daxili və xarici təhlil
- PR faəliyyətlərinin nəticələrinin ölçülməsi və qiymətləndirilməsi


8. PR-da ənənəvi media hələ də aktualdır

- Media nə üçün önəmlidir?
- Media strategiyası necə qurulmalıdır?
- Mediada gündəm olmaq
- Tədbirlər, press konfranslar, təqdimatlar, BTL aksiyalar
- Press konfrans və media üçün tədbir planlaşdırma
- PR üçün hazırlanan yazılı materiallar
- Press reliz necə yazılır, necə yayılır?
- Xəbər nədir?
- Foto və Video materiallar
- Media nümayəndələri kimlərdir? PR mütəxəssisin işlədiyi şəxslər. Jurnalistlərlə əlaqədə vacib olan xüsusiyyətlər.
- Müsahibə
- Təkzib
- Praktiki çalışma: Media materialların hazırlanması


9. Sosial Media və PR

- PR üçün yeni alət və vasitə - sosial media
- Sosial media şirkətin PR strategiyasında
- Sosial mediada müştəri xidmətləri və hədəf kütlə ilə ünsiyyət
- Bloqqerlər, influenserlər yeni media nümayəndələri kimi
- SMM nədir?


10. Kontent Marketinq və PR

- KM-in başlıca prinsipləri və o, PR-da necə istifadə edilə bilər
- Kontenti PR plana necə inteqrə etməli
- Kontent planın yaradılması və icrası
- PESO
- Ölçü və qiymətləndirmə üsulları
- Praktiki çalışma: Kontentin yaradılması


11. Böhranda PR

- Böhran “Gəlirəm!” deyirmi?
- Böhranın və komunikasiyasının idarə edilməsi. Böhran dövründə qəhrəmanlar
- Böhran anında və müddətində sosial medianın rolu və önəmi
- Ənənəvi medianın Böhran komunikasiyasında rolu
- Qarayaxma, yoxsa böhran?
- Həmişə doğru danış!
- Reaktiv PR
- Böhran və korporativ etibarlılığının bir-biri ilə əlaqəsi
- Nümunələr
- Praktiki çaılışma: Böhrandan çıxış


12. PR və CRM

- Müştəri kimdir? Müştəri münasibətləri nədir?
- Müştəri münasibətlərində nələrə diqqətlə yanaşmalıyıq?
- Hədəf kütlə vs müştəri.
- CRM – rəqabət – sədaqət
- CRM və CEM

 

Afət Yaqubova Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində həm bakalavr, həm magistratura təhsilini 1999-cu ilə tamamlayaraq  Dünya bankının Dövlət Əmlak Komitəsi ilə birgə icra etdiyi "Dövlət Əmlakının Özəlləşdirilməsi"  layihəsində PR mütəxəssis olaraq peşəkar iş həyatına başlamışdır.

Layihə bitdikdən sonra Lider Tv-də Xəbər Departameninin müxbiri olaraq 4 il jurnalist kimi fəaliyyət göstərən Afət Yaqubova yeniden PR sahəsinə qayıdaraq McCann Ericson, MPG, Azercell kimi şirkətlərdə çalışmışdır.

2008-2011-ci illərdə “Sinteks” şirkətində PR Menecer vəzifəsini tutan Afət xanım, 2011-ci ildə “Laboratoriya PR Agency” şirkətini təsis etmişdir və şirkət faəliyyətini hələ də uğurla davam etdirməkdədir. Afət Yaqubova eyni zamanda 2 ilə yaxındır ki, Dünya bankının Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirtdiyi layihələrin PR konultant olaraq  çalışmaqdadır.

 

 

 Təlim ödənişlidir. 30 saatliq təlimin ödənişi 340 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

05 Dekabr 2017-ci il tarixinə kimi ilkin ödəniş edərək qeydiyyatın rəsmiləşdirən hər kəsin təlim ödənişinə 20 manat endirim tətbiq ediləcəkdir!

Təlim həftənin 3-cü və 6-cı günləri tədris ediləcəkdir. Dərs cədvəli aşağıdakı kimidir:


17 Yanvar 2018 (3-cü gün) / 19:00 - 21:00    (2 saat)
20 Yanvar 2018 (6-cı gün) / 14:00 - 18:00     (4 saat)
24 Yanvar 2018 (3-cü gün) / 19:00 - 21:00    (2 saat)
27 Yanvar 2018 (6-cı gün) / 14:00 - 18:00     (4 saat)
31 Yanvar 2018 (3-cü gün) / 19:00 - 21:00    (2 saat)
03 Fevral  2018 (6-cı gün) / 14:00 - 18:00     (4 saat)
07 Fevral 2018 (3-cü gün) / 19:00 - 21:00     (2 saat)
10 Fevral 2018 (6-cı gün) / 14:00 - 18:00      (4 saat)
14 Fevral 2018 (3-cü gün) / 19:00 - 21:00     (2 saat)
17 Fevral 2018 (6-cı gün) / 14:00 - 18:00      (4 saat)

 

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.