F2

F2



"Business Management School" MMC olaraq "ACCA Management Accounting" (F2) təliminə start veririk!
 



El
çin Fətəliyev (CIMA Adv Dip MA)

 

Elçin Fətəliyevin peşəkar kariyerası büdcənin təşkili və nəzarəti, xərclərin səmərəli idarəedilməsi, məhsulun maya dəyərinin hesablanması, qərarların qəbulu ilə bağlı hesabatların hazırlanması və SAP-də CO (controlling) modulunun qurulması sahələrini əhatə edir. O, kimya sənayesi, idman, otelçilik və qeyri-kommersiya təşkilatlarında 8 illik iş təcrübəsinə sahibdir.  İlk işinə Vergilər Nazirliyində başlasa da, az sonra Fairmont Baku Otelində ödənişlər üzrə mühasib və xərclər üzrə mühasib vəzifəsində çalışmış (2012-2014), BEGOC-da (Bakı Avropa Oyunları Əməliyyat Komitəsi) Maliyyə Planlaması üzrə menecer (2014-2015), Britaniya Şurasında (British Council) ölkə üzrə maliyyə meneceri və maliyyə transformasiyasi üzrə menecer (2015-2017) vəzifələrində çalışmışdır. 2017-ci ildən ölkənin aparıcı kimya sənayesi olan SOCAR Polymerdə fəaliyyətə başlamış və hazırda Büdcə və Xərclər üzrə menecer vəzifəsində çalışır.

Elçin Fətəliyev beynəlxalq idarəetmə uçotu üzrə dünyanın ən böyük təşkilatı olan CIMA (Chartered Institute of Management Accountants) sertifikasiyası üzrə CIMA Adv Dip MA dərəcəsinə sahibdir. O, hazirda CIMA-nın sonuncu mərhələ olan strateji səviyyə üzrə imtahanlara hazırlaşır. Həmçinin, 2 ildən artıq ACCA üzrə F2 və F3 səviyyələri üzrə təlimçilik fəaliyyətinə də sahibdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıda Bakalavr dərəci, Azərbaycan Universiteti və Georgia Dövlət Universiteti (ABŞ) birgə layihə üzrə MBA (Biznes İdarəetmə üzrə Magistr) dərəcəsinə sahibdir.

Dərs cədvəli:

02 Noyabr ( Şənbə ) 10:00 - 14:00
09 Noyabr ( Şənbə ) 10:00 - 14:00
16 Noyabr ( Şənbə ) 10:00 - 14:00
23 Noyabr ( Şənbə ) 10:00 - 14:00
30 Noyabr ( Şənbə ) 10:00 - 14:00
07 Dekabr ( Şənbə ) 10:00 - 14:00
14 Dekabr ( Şənbə ) 10:00 - 14:00
21 Dekabr ( Şənbə ) 10:00 - 14:00
28 Dekabr ( Şənbə ) 10:00 - 14:00
04 Yanvar ( Şənbə ) 10:00 - 14:00
11 Yanvar ( Şənbə ) 10:00 - 14:00
18 Yanvar ( Şənbə ) 10:00 - 14:00
25 Yanvar ( Şənbə ) 10:00 - 12:00

Təlimdən əldə ediləcək nəticələr – Təlimin sonunda siz;

- Xərclərin təsnifatı və bölgüsü;

- Xərclərin tanınma metodları (ABC və Absorption methods);

- Məhsulun maya dəyəri ilə bağlı standard xərclərin hesablanma qaydaları;

- Büdcə və planlamanın aparılma qaydaları;

- Büdcə proseduru, əməliyyat, satış, administrativ büdcələrin yaradılması və idarəedilməsi qaydaları;

- Müqayisəli analizlərin aparılması;

- Performansın ölçülmə qaydaları ilə bağlı bilgilərə sahiblənəcəksiniz.