Mühasibatlıq Təlimi

Mühasibatlıq Təlimi



"Business Management School" MMC olaraq , 30 Oktyabr 2019-cu il tarixində başlayacaq "Mühasibatlıq" təliminin 5-ci sessiyasına qeydiyyatları açıq elan edirik. Ətraflı araşdırma edərək hazırladığımız yeni və əhatəli konsepti və peşəkar təlimçiləri ilə bu təlim ehtiyaclarınıza tam cavab verəcək. 

 

Təlimdə kimlər iştirak edə bilər?

- Mühasib olmaq istəyənlər
- Mühasib asistentləri
- Mühasiblər
 

Nə üçün bu təlim?

Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.

I Mövzu   

Mühasibat uçotu anlayışı və metodları

  • Uçotun növləri:təsərrüfat uçotu, mühasibat uçotu və statistik uçot
  • Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti, istifadə səbəbləri
  • Mühasibat uçotu metodlarının öyrənilməsi və təhlili
     

II Mövzu

İlkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazıları

  • Sənədlərin anlayışı, növləri və istifadə qaydaları
  • Mühasibat hesablarının anlayışı
  • İkili mühasibatlıq yazılarından istifadə qaydaları və səbəbləri

 

III Mövzu

Aktivlərin anlayışı, uzunmüddətli aktivlər və onların növləri

  • Uzunmüddərli aktivlər, növləri, amortizasiyası
  • Amortizasiyanınmetodları,metodlardanistifadə və metoddəyişimi
  • Aktivlərin kənarlaşması və yenidən qiymətləndirilməsi
  • Qeyrimaddi uzunmüddətli aktivlər, təhqiqat və təcrübə-kontruktor xərcləri

 

IV Mövzu

Qısamüddətli aktivlər və növləri

  • Qısamüddətli aktivlərin anlayışı, növləri və uçotu
  • Malmaterial uçotu, satışın maya dəyəri, materialın silinməsi uçotunun metodları
  • Debitor borclarvə  ümidsiz debitor borclar

 

V Mövzu

 Kapital, kapitalın növləri, öhdəliklər və əsas  maliyyə elementləri

  • Kapitalın anlayışı, növləri, birbirindən fərqləri və istifadə təyinatları
  • Öhdəliklər və onların növləri növləri
  • Maliyyə bərabərliyinin əhəmiyyəti və bu bərabərliyin əsas elementləri

 

VI Mövzu

  İdarəetmə uçotu anlayışı, gəlirlər və xərclərin növləri

  • İdarəetmə uçotunun mahiyyəti, istifadə səbəbləri və üstünlükləri
  • Xərclərin növləri, dolayı məsrəflərin maya dəyəri üzərinə bölüşdürülməsi metodları
  • Büdcə , hazırlanması və icrasına nəzarət
  • Kapital xərcləri və gəlir xərcləri

 

VII Mövzu          

Vergi uçotu anlayışı, təşkilatların vergi uçotu və vergi qanunvericiliyi

  • Verginin anlayışı, növləri, obyekti və ödəyiciləri
  • Vergi uçotunun mahiyyəti, vergi risklərinin aradan qaldırılması
  • Vergi qanunvericiliyi, hesabatların hazırlanması və bəyannamələrin zamanında təqdim edilməsi

 

VIII Mövzu

 Maliyyə hesabatlarının anlayışı, məqsədi və hazırlanması

  • Maliyyə hesabatı anlayışı
  • Maliyyə vəziyyəti haqqında hesabat
  • Mənfəət zərər hesabatı
  • Kapitalın dəyişimi hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatı

Təlimçi: Rəsul Əliyev 

Təhsili:

Bakı Dövlət Universiteti, Dünya İqtisadiyyatı (Bakalavr)
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə (MBA)

İş Təcrübəsi:

- “Spark” MMC / 11.06.2015 - hal-hazıradək / Vəzifə - maliyə müdiri
- “Spark” MMC / 13.05.2012-11.06.2015 / Vəzifə - maliyə mütəxəssisi
- “Sərvan Təmir-Tikinti” MMC / 05.01.2010-13.05.2012 / Vəzifə - mühasib
- “İnternational Consulting Group” MMC / 01.01.2015-hal-hazıradək / Vəzifə- Auditor

 

Təlimçi: Ramil Cəfərov

Təhsili:

Azərbaycan Dövlət İqtisad Universiteti, Mühasibat uçotu və audit - Bakalavr dərəcəsi
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə Nəzarət və Audit - Magistr dərəcəsi

İş təcrübəsi:

- “Spark” MMC / 28.06.2018 - hal-hazıradək / Vəzifə - Maliyyə məmuru
-  AFFA / 23.10.2017 - 27.06.2018 / Vəzifə - Mühasib
- Azərbaycan Dövlət İqtisad Universiteti / 20.11.2015 - 19.10.2017
 

Sertifikatlar:

- ACCA F3 - Finanical Accounting
- ACCA F1 - Accounting in Business
- ACCA F4 - Corporate and Business Law

 

Təlim ödənişlidir. 48 saatliq təlim proqramı 2 ay davam edir.

Ümumi ödəniş 300 AZN-dir.

- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:
- Müxtəlif təqdimatlar
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 

 "Business Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.
 

Təlimin ümumi həcmi 48 saatdır. 

30 Oktyabr  ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
03 Noyabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
06 Noyabr  ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
10 Noyabr  ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
13 Noyabr ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
17 Noyabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
20 Noyabr ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
24 Noyabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
27 Noyabr ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
01 Dekabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
04 Dekabr ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
08 Dekabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
11 Dekabr ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
15 Dekabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat
18 Dekabr  ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
22 Dekabr ( Bazar günü ) 14:00 - 18:00 - 4 saat

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.