ƏDV Təlimi

ƏDV Təlimi



"Business Management School" MMC olaraq   ətraflı araşdırma edib hazırladığımız yeni "ƏDV" təliminə peşəkar təlimçi ilə start veririk.

İqtisadiyyatın inkişafi ilə əlaqədar olaraq artan dövriyyə həcmlərinə görə ƏDV ödəyicisi olan müəssisələrin uçotunu normal həyata keçirmək üçün yüksək ixtisaslı kadrlara ehtiyyac vardır. Əmək bazarında ƏDV uçotunu apara biləcək ixtisaslı kadr azlığını nəzərə alaraq bu təlimi həyata keçirmək qərarı verdik. Təlimimizdə ƏDV uçotu ilə bağlı bütün aktual problemlər və həlli yolları tədris ediləcək, ƏDV haqqında Vergi Məcəlləsində olan maddələr araşdırılacaq və izahı təqdim ediləcəkdir.

 

         § I hissə

         - Əlavə dəyər vergisinin anlayışı, ödəyiciləri və predmeti
         - Əlavə dəyər vergisi ödəyici olmaq üçün qeydiyyat (könüllü və ya məcburi qeydiyyat) və qeydiyyatın ləğv edilməsi

          § II hissə

          - Vergi tutulan əməliyyatı tarixi, idxalın tarixi,  vergi tutulan əməliyyatın, idxalın dəyəri və vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi, malların və                    xidmətlərin təqdim edildiyi yer

          - Vergi ödəməkdən azad edilmə, 0 dərəcə ilə verginin tutulması, vergidən azadolunan əməliyyatlarla 0 dərəcə ilə tutulan vergi əməliyyatları                          arasında fərqlər

            § III hissə

          - Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi
          - Vergi tutulan əməliyyatlardan büdcəyə ödənilməli vergi və əvəzləşdirilən əlavə dəyər vergisi

            § IV hissə

          - Elektron vergi hesab fakturaların hazırlanması, ƏDV bəyannamələrinin aylıq olaraq hazırlanması və hesabatın vergi orqanlarına göndərilməsi,                  yarana biləcək uyğunsuzluqların səbəbi və izahı.

Təlimçi: Rəsul Əliyev 

İş Təcrübəsi:

“Sərvan Təmir-Tikint”  MMC  / Bakı, Azərbaycan             05.01.2010-13.05.2012
Vəzifə   -    mühasib

“Spark”  MMC    /   Bakı, Azərbaycan                              13.05.2012-hal-hazıradək
Vəzifə   -   maliyə mütəxəssisi     

 

“İnternational Consulting Group” MMC          Bakı, Azərbaycan 01.01.2015-hal-hazıradək

Vəzifə- Auditor

“İnternational Consulting Group” MMC-də auditor olaraq aşağıdakı funksiyaları yerinə yetirirəm:

  • mühasibatlıq və vergi məsləhətlərinin verilməsi
  • mühasibatlıq yoxlamalarının aparılması
  • müəssisə üçün müvafiq mühasibatlıq proqramının seçilməsi, qurulması vəsistemin işlək hala salınması  
  • maliyyə və vergi hesabatlarının hazırlanması
  •  dövlət orqanlarında müəssisəni təmsil edilməsi və  orqanlarda yaranmış problemlərin həll olunması
  • müəssisənin auditinin edilməsi

 

"İnternational Consulting Group" MMC-də aşağıdakı müəssisələrdə qeyd olunan xidmətləri göstərirəm.

- Xəzər-1 Firması (Green City)-2013-cü, 2014-cü,2015-cii və 2016-cı illər üçün   maliyyə hesabatlarının hazırlanması və auditin edilməsi.

- Elad MMC- aylıq mühasibatlıq hesablarının yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması, auditin edilməsi.

- ARTİ İnşaat Dizayn MMC- aylıq mühasibatlıq və audit xidmətlərnin göstərilməsi, mühasibatlıq proqramının quraşdırılması və əməliyyatların düzgün işlənilməsinə nəzarət

- Türkaz Çınqıl MMC- aylıq maliyyə, mühasibatlıq məsləhətlərinin verlməsi, hesabların yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması

Təlim ödənişi:. 20 saatliq təlimin ödənişi 220 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Online dərslər
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

** 15 sentyabr tarixinə kimi qeydiyyatını rəsmiləşdirənlər, 10 % (20 manat) endirim əldə edəcəklər.

Təlimin ümumi həcmi 20 saatdır. 

05 Oktyabr (5-ci gün) 19:00 - 21:15 (2 saat)  
09 Oktyabr  (2-ci gün) 19:00 - 21:15 (2 saat)  
12 Oktyabr (5-ci gün) 19:00 - 21:15 (2 saat)  
16 Oktyabr (2-ci gün) 19:00 - 21:15 (2 saat)
19 Oktyabr (5-ci gün) 19:00 - 21:15 (2 saat)
23 Oktyabr (2-ci gün) 19:00 - 21:15 (2 saat)
26 Oktyabr (5-ci gün) 19:00 - 21:15 (2 saat)
30 Oktyabr (2-ci gün) 19:00 - 21:15 (2 saat)
02 Noyabr (5-ci gün) 19:00 - 21:15 (2 saat)
06 Noyabr (2-ci gün) 19:00 - 21:15 (2 saat)

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.