Marketinq və PR sahəsi üzrə 30 illik təcrübəyə sahib, Türkiyədəki ən böyük Marketinq - PR xidmətləri verən şirkətlərindən biri "MPR"ın (mpr.com.tr) sahibi və CEO-su Meral Saçkanın 12-13 mart tarixlərində Bakıda planlanan 16 saatlıq "Marketing & PR" təlimi baş tutdu. Təlimin konsepti haqqında bu keçiddən oxuya bilərsiniz. http://bmschool.az/telimler/15
Təlimə bir çox şirkətlərdən peşəkar nümayəndələr qatıldı. Təlim konseptdə sadalalnan mövzular üzrə və həmçinin Meral xanımın CEO-su olduğu MPR İletişim Danışmanlığının topladığı praktik yönümlü misallar əsasında keçirildi.
Təlimin 2-ci günü təlim iştirakçıları komandalara bölünərək verilmiş məhsulun PR və reklam strategiyasını qurdular. Effektli komanda çalışması sonda çox faydalı müzakirələrlə sona çatdı. Təlimin sonunda iştirakçılar Business Management School və MPR İletişim Danışmanlığının təstiqi olan sertifikatla təltif olundular!
Təlimdə iştirak edənlərə şirkətimiz adından xüsusi təşəkkürümüzü bildiririk.Ümid edirik ki, Türkiyənin PR sahəsində öz sözünü demiş,30 illik iş təcrübəsinə malik Meral Saçkanın təlimdə paylaşdığı təcrübə əsaslı bilgiləri sizin bundan sonra iş həyatınızda daha çox faydası olacaq.