Təchizat Zəncirinin İdarə Edilməsi Təliminin 6-cı sessiyası uğurla sona çatdı

Təchizat Zəncirinin İdarə Edilməsi Təlimi üzrə 6-cı sessiyamız sona çatdı. Təlimdə Təchizatın 4 əsas qolu, Təchizat/Satınalma Sİstemi,  Satınalmadan sonrakı Tender və müqavilələr, Logistika/Gömrük, Anbar Ehtiyyatlarının İdarə Edilməsi kimi modullar tədris edilmişdir. Bu tədris modullarının hər birini öz peşəkarı tədris etmişdir.  Təlim 4 moduldan ibarətdir. İTəlim müddətinin sonunda imtahan keçirildi. 4 modulun nəticəsinə görə 100 faizə nisbətdə 70 faizdən yuxarı bal yığan iştirakçılar müvəffəqiyyət sertifikatı əldə etdilər.
Təlimdən sonra iştirakçılarla Yom Logisticsin anbarına praktiki ekskursiyaya getdik.

        

     

Paylaş: