HR-larla Ismayıllı gəzintisi

28 May, 2015-ci il tarixində, “Business Management School”un təşkilatçılığı ilə, müxtəlif şirkətlərin “İnsan Resursları” mütəxssis və menecerlərinin iştirak etdiyi, “HR”larla İsmayıllı turu” tədbiri keçirilmişdir. Tədbir proqramı əsasında Azərbaycanın ən qədim tarixi yaşayış məkanlarından olan, “Muzey” statusu almış və bir zamanlar Cumhuriyyətimizin qurucusu olan M. Ə. Rəsulzadənin düşmənlərdən qorunmaq məqsədi ilə yaşadığı, bu müddət ərzində “Siyavuş” əsərini qələmə aldığı məkan olan “Lahıc qəsəbəsi”nə ekuskursiya həyata keçirilmişdir. Tədbir yolüstü Şamaxı şəhərində səhər yeməyi ilə başlamışdır. Burada eyni zamanda İnsan Resursları sahəsi ilə bağlı viktorina keçirilmiş, 5 qalib kitab mükafatları ilə təltif olunmuşdurlar. Daha sonra tədbir iştirakçıları Lahıc yolunda yeləşən “Asma Körpü” ilə tanış olmuşdur. Tədbirin davamında Lahıcın tarixi abidələri, müzeyi və insanları ilə tanış olub maraqlı məlumatlar əldə edən iştirakçılar, eyni zamanda nahar yeməyində kənd sakinləri tərəfindən məhşur “Lahıc dolması” süfrəsinə qonaq edilmişdir. Tədbir Lahıcın səfalı guşələrindən olan “Cənnət Məkanı” istirahət mərkəzində kabab çeşidlərindən ibarət axşam yeməyi və əyləncəli oyunlarla yekunlaşdırılmışdır. Tədbirin əsas məqsədi “İnsan Resursları” sahəsində işləyən əməkdaşlar arasında sıx münasibətlərinin yaranması və inkişaf etdirilməsi olub. Bu məqsədin davamı olaraq “Business Management School” belə tədbirləri təşkil etməyə davam edəcəkdir.

Səyahətdən görüntüləri sizə təqdim edirik.

    

Paylaş: