Təchizat Zəncirinin İdarə Edilməsi Təlimi iştirakçıları ilə praktik yönümlü Dəniz Limanı gəzintisi

19.12.2015 tarixində Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təliminin iştirakçıları üçün Bakı Beynəlxalq Dəniz Limanına gəzinti təşkil etmişdir. Gəzintidə gəmi yüklərinin sahilə boşaldılması,yüklərin gəmiyə yüklənilməsi, RoRo yükdaşıma gəmiçiliyinin iş prinsipləri ( Azərbaycanın ən nəhəng yük daşıma gəmilərindən biri F.Əmirov gəmisinin timsalında), hərəkət edən və etməyən yüklərin gəmidə yerləşməsi prosesləri, gəmilərdə gömrük xidmətləri , gəmilərin sahilə yan alma körpüləri və s. ilə yaxından tanış olduq.
Təlim iştirakçılarımız gəzinti müddətində təlimin konseptindəki bəzi nəzəri qaydaların təcrübədəki tətbiqinin şahidi oldular.

Gəzinti üçün şərait yaratdıqlarına görə Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

Sonra gəzintimizi iştirakçılarımızla birlikdə dəniz kənarında çay süfrəsi ilə davam edib gözəl həftə sonu keçirdik. 
İştirakçılarımıza bundan sonrakı fəaliyyətlərində uğurlar arzlayırıq. Yeni layihə və tədbirlərdə görüşmək ümidi ilə.

       
 

Paylaş: