Eldəniz Quliyev, 20 ildən artıq təcrübəyə malik insan resursları sahəsində tanınmış peşəkardır. Karyerasında müxtəlif sahələrdə - istehsalat, pərakəndə satış, avtomobil sənayesi, neft-qaz və digər sahələrdə - insan kapitalının inkişafına rəhbərlik edərək, şirkətlərin strateji məqsədlərinə çatmasına töhfə vermişdir.
Eldəniz Quliyevin əsas fəaliyyət istiqamətləri:
Liderlik və HR strategiyası: Şirkətlərin məqsəd və hədəflərinə uyğun innovativ İR strategiyalarının yaradılması və tətbiqi.
İş təcrübəsi
· Azmade Group LLC İnsan Resursları Direktoru ( 2023 – davam edir)
· Veyseloglu Group OBA Marketlər şəbəkəsi ( 2019 - 2022) İnsan Resusları Direktoru (CHRO) İdarə heyətinin üzvü
· AZERTEXNOLAYN LLC ( 2015 - 2019) İnsan Resursları Direktoru
· GLOBAL ENERGY SOLUTIONS LLC ( 2013 - 2014) İnsan Resursları Meneceri.
· HIDRO GROUP LLC ( 2011 - 2013) Qrup İnsan Resursları Direktoru
· AZERINSAATSERVIS LLC ( 2010 - 2011) İnsan Resursları Departamentinin müdiri
· Azərsun Holding (Bakı, 2006 - 2010) İnsan Resursları Meneceri
Təhsil:
- Marmara Universiteti (2005) Magistr Dərəcəsi - Maliyyə Bazarlari və Birja
- Marmara Universiteti (2002) Bakalavr Dərəcəsi - İqtisadiyyat
Təlim və inkişaf: Liderlərin və işçi heyətinin bilik və bacarıqlarını artırmaq üçün xüsusi təlim proqramlarının hazırlanması və əməkdaşların peşəkar inkişafı üzrə strateji layihələrin idarə edilməsi.
Təşkilati inkişaf: Struktur dəyişikliyi, iş analizləri, Əmək haqqı strukturu, dərəcələndirmə və mükafatlandırma sistemlərinin qurulması
Performansın qiymətləndirilməsi: Effektiv işçi performansı üçün qiymətləndirmə sistemlərinin yaradılması.