İlkin Zeynallı

İlkin Zeynallı

İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini (fərqlənmə diplomu ilə), 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA, fərqlənmə diplomu ilə), 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır. 2019-cu ildə  dünyanın ən nüfuzlu universitetləri üzrə ilk üçlükdən biri olan Harvard Business School-un PLD / EMBA proqramını qazanmışdır.

İlkin Zeynallının peşəkar karyerası təlim, inkişaf, təhsil, menecment, inzibati idarəetmə, insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. O, menecment, liderlik, insan resurslarının idarə edilməsi, əmək fəaliyyətinin idarə edilməsi, strateji planlaşdırma, layihələrin edarə edilməsi sahələri üzrə Azərbaycanda aparıcı təlim ekspertlərindən biridir. İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 12 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ildən 2018-ci ilin yanvar ayına kimi “DəmirBank” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsin tutan İlkin bəy 2018-ci ilin fevral ayından etibarən Bank Respublikanın İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmaqdadır.

İlkin Zeynallı The Manager's Development Program (Leadership & Management Academy, UK), Introduction to Management Workshop (The Chartered Management Institute’s Short Course Program in association with ProSeminar, UK), Leadership and Communication (Meirc Training and Consulting Company, Dubai), Boulder Management Training Program – Financial Management Concentration (3-week full course, Turin – Italy), Environmental and Social Aspects of Business, European Bank for Reconstruction & Development (Baku – Azerbaijan), Security Risk Management Training (World Vision Corporate Security, Bad Kissingen, Germany), HAY Certification Training (HayGroup, Phuket, Thailand) peşəkar təlimlərini almışdır.