Şamo Mürşüdov

Şamo Mürşüdov

Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı
bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə tələbələrə karyera planlaşdırılması, profoorentasiya və inkişafı mövzusunda mühazirəçi qismində çıxış etməkdədir. 
Bir müddət ölkənin aparıcı sığorta şirkətlərindən olan "Atəşgah" SŞ-də HR koordinator olaraq çalışan Şamo Mürşüdov, hal-hazırda fəaliyyətini "Bank Respublika" ASC-də "İşə Qəbul" şöbəsinin rəhbəri olaraq davam etdirir.
Eyni zamanda işə qəbul sisteminin qurulması, işçi məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi,
tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir.  
2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb
idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət
göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)

Təhsili:
· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının
idarə edilməsi
· Capella University (ABŞ) – HR menecment
· American Society for Training and Development (USA) – (CPLP TM – Certified
Professional in Learning and Performance)
· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)
· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-
İngiltərə)
- Ericson Coaching International-ın üzvüdür,  ICF-International Coach Federation tərəfindən təsdiqlənən Erickson Coaching International-a məxsus Professioanl Coach ECC və ECPC dərəcəsini qazanmışdır.