Müşfiq Əmircanov

Müşfiq Əmircanov

Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Daha sonra “AzerGold” QSC-də İşə qəbul və Kadrlarla iş şöbəsinin rəhbəri, İcbari Tibbi Sığorta Agentliyində İnsan Resursları üzrə bölmə rəhbəri vəzifələrində işləmişdir. Müşfiq Əmircanov hal-hazırda "Saffron Restaurant Group" şirkətinin İnsan resurslarının idarə edilməsi üzrə meneceridir. 
O eyni zamanda İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.

Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.