Leyla Cəfərli

Leyla Cəfərli

Peşəkar iş həyatına 2009-cu ildə "Azercell" MMC-də başlayan Leyla Cəfərova 2014-cü ilə kimi bu şirkətdə Strateji Planlama və Müştəri Kanalları -  Müştəri Xidmətləri nümayəndəsi, Heyət sorumlusu və Daxili tədrisçi vəzifələrini icra etmişdir. 2014 - 2016-cı ilərdə isə "Azercell" MMC-nin Tədris və Məlumat Bazasının İdarə Edilməsi Mərkəzində Təlim üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2016-cı ildən etibarən karyerasını "Paşa Sığorta" şirkətində davam etdirməkdə olan Leyla xanım burada Keyfiyyət və Müştəri Məmnuniyyətin İdarə Olunması / Keyfiyyət üzrə Menecer, Müştəri Məmnuniyyəti üzrə Baş Məsləhətçi vəzifələrində çalışmaqdadır.

 

Leyla Cəfərli Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini bitirmişdir. Daim özünü inkişaf etdirməkdə maraqlı olan Leyla xanım aşağıdakı təlimlərdə iştirak etmişdir:

 

✔ Critical Thinking in Global Challenges - The University of Edinburgh

✔ International Organizations Management - The University of Geneve

✔ Managing the Training Function - Management Centre Europe

✔ Feedback: Giving and receiving - Taysever&Ozkent

✔ Training for Trainers - Ernst&Young

✔ Project Management - Ernst&Young

✔ QMS Lead Auditor İSO 9001:2015, - IRCA/Bureau Veritas