Orxan Abdullayev

Orxan Abdullayev

Təhsili:

- Azərbaycan Dillər Universiteti - İngilis dili (2005-2009)
- Azərbaycan Dövlət İqtisad Universiteti - MBA (2015-2017)

İş təcrübəsi:

Peşəkar fəaliyyətə Rusiyanın Moskva şəhərində başlamışdır. 2010-2012-ci illərdə VIMAX LLC (Transport and Logistics) şirkətində tərcüməçi-asistent olaraq çalışmışdır. 2012-ci ildə Azersun Holdingdə İnsan Resursları üzrə direktor asistenti kimi işə başlamış, 2014 - 2018-ci illərdə Performans Dəyərləndirmə üzrə baş mütəxəssis olaraq fəaliyyətini davam etdirmişdir. Azersun Holdingdə çalışdığı müddət ərzində 360 Performans Dəyərləndirmə, Hədəf İdarəetmə Sistemi, Təklif, Mükafatlandırma və s. bu kimi bir sıra İR sistemlərinin qurulmasında və idarəedilməsində iştirak etmiş, daxili təlimçi kimi şirkət əməkdaşlarına Excel təlimləri vermişdir. 2018-ci ildən hal hazıradək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də İnsan Resursları üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışmaqdadır.

Orxan Abdullayev "Microsoft Office Specialist Excel 2016 Expert" sertifikatına malikdir.