Şəhriyar Qurbanov

Şəhriyar Qurbanov

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti – Menecment (2008-2012)

  • Azərbaycan Dövlət İqtisad Universiteti – MBA (İnsan resurslarının idarə edilməsi üzrə) (2015-2017)

 

İş təcrübəsi:

Əmək fəaliyyətinə “Soliton LTD” MMC-nin satış və logistika şöbəsində məsləhətçi vəzifəsilə başlamışdır. Daha sonra isə öz əmək fəaliyyətini müxtəlif sektorlarda, Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Təmiri Zavodunun kadrlar və kargüzarlıq bölməsinin kadrlar üzrə müfəttişi, Nurgün Holdingdə işə qəbul üzrə mütəxəssis, Veysəloğlu Şirkətlər Qrupunda İnsan resursları departamentində mütəxəssis olaraq davam etdirmişdir. Çalışdığı müddət ərzində kadr kargüzarlığı, işə qəbul və yerləşdirmə kimi funksiyaları həyata keçirmişdir. 2018-ci ildən etibarən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkətin həvəsləndirmə və mükafatlandırma sisteminin təkmilləşdirilməsi və tətbiqini təşkil edir.

 

İştirak etdiyi təlimlər və sertifikatlar:

 

1. "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" Təlimi, "Business Management School" MMC. Qrup 1-cisi, müvəffəqiyyət sertifikatı.

2. "Business Management School" MMC-nin müvəffəqiyyət sertifikatı almış məzunları arasında keçirilən "Birincilərin birincisi" imtahanının qalibi.

3. "Təqdimat Bacarıqları" təlimi, "Business Management School" MMC

4. "İstedadların İdarə Edilməsi" master-klass, "Business Management School" MMC

5. "İşə Qəbul və Seçim Mərhələləri, Adaptasiya Sistemi" təlimi, "Business Management School" MMC