Yeganə Nəsibova

Yeganə Nəsibova

Yeganə Nəsibova

Təhsili:

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər və Avropaşünaslıq / Bakalavr (2002-2006)

Azərbaycan Dillər Universiteti – Beynəlxalq münasibətlər / Magistr (2006-2008)

The George Washington University – Layihələrin idarə olunması / Magistr sertifikatı (2018-2019)

SHRM – SCP – 2019

LINKEDIN: https://www.linkedin.com/in/yegana-nasibova-534b269a/

İş təcrübəsi:

Peşəkar fəaliyyətə 2007-ci ildə “Azad Azərbaycan” Tele-Radio yayım şirkətinin “Son xəbər” informasiya proqramında jurnalist kimi başlayıb. 2008-2010-cu illərdə “Azercell” MMC-də müştəri xidmətləri üzrə təmsilçi və “ATV International” (CBC) telekanalında redaktor kimi fəaliyyət göstərmişdir. İnsan Resurslarının idarəedilməsi sahəsində karyerasına 2011-ci ildə “Azərsun Holding” MMC-də başlamışdır. Holdinqin müxtəlif müəssisələrində fərqli İRİE funksiyalarını yerinə yetirmişdir. 2018-ci ilin dekabrından etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İnsan resurslarının idarəedilməsi departamentinin aparıcı mütəxəssisidir, işəqəbul zamanı test proqramının yaradılmasında və idarə olunmasında bilavasitə iştirak edir, daxili təlimçi kimi fəaliyyət göstərir. 2019-cu ildə İR üzrə beynəlxalq platformalardan biri olan və 165 ölkədən 300.000-ə qədər nümayəndəni əhatə edən insan resursları üzvlərinin peşəkar assosiasiyası - İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin (SHRM) yüksək sertifikatlaşdırılmış mütəxəssis (SHRM-SCP) dərəcəsini almışdır.

İştirak etdiyi təlimlər:

- Azersun Akademiya / Əmək qanunvericiliyi və ştat-smeta intizamına riayət olunması

- ASCO Təlim Mərkəzi / Dəyişikliklərin idarə olunması

- “LEORON” Peşəkar inkişaf institutu & Gilan Holding / "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" master klassı

- Business Management School & Kaynağım insan / Performans değerlendirme sistemi ve Yetkinlik bazlı mulakat teknikleri

- Business Management School / İnsan Resurslarının İdarəedilməsi
- Business Management School / İstedadların idarə olunması

- Business Management School / Əmək Məcəlləsi və Kadr Kargüzarlığı təlimi