Sahil Sabirzadə

Sahil Sabirzadə

Sahil Sabirzadə

Sahil Sabirzadə 2008-2013-ci illərdə Qafqaz universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin İnzibati idarəetmə ixtisasını fərqlənmə ilə bitirmişdir.

Kariyerasına ilk olaraq turizm sektorunda 2014-cü ildə “Tufandağ Turizm Kompleksi” MMC-də Kadr işləri üzrə işçi olaraq başlamışdır. Daha sonra 2015-2017-ci illərdə “Finca-Azerbaijan” BOKT- da Maliyyə xidmətləri departamentində müxtəlif vəzifələrdərdə çalışmışdır. 2017-ci ildə “Veysəloğlu Qrup”-da İnsan Resursları departamentində əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsində 2000-dən çox işçinin əmək haqqısının hesablanması işini yerinə yetrmişdir. 2018-2019-cu illərdə  öz kariyerasını İnşaat sektorunda, “Gilan Construction Group” MMC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində davam etdirmiş və böyük işçi heyəti olan şirkətin əmək haqqı sisteminin qurulması fəaliyyətini həyata keçirmişdir. 2019-cu ildə Gilan Holding nəzdində fəaliyyət göstərən və maliyyə xidmətləri göstərən “Professional Support Center” MMC-yə dəvət almışdır və hal-hazırda  Əmək haqqı hesablanması departamentində  əmək haqqı hesablanması və kadr işləri üzrə mütəxəssis vəzifəsini icra edir.

 

İştirak etdiyi təlimlər

  1. Mühsaibat və Vergi Uçotu - Business Plus
  2. Əmək Məcəlləsi və Kadr Kargüzarlığı - Business Management School
  3. Əmək haqqı hesablanması - Business Management School
  4. İnsan resurslarının idarəedilməsi - Business Management School
  5. Performance Management – Keel Academy
  6. Ünsiyyət və hislərin idarə edilməsi - PDR İnternational
  7. İqtisadiyyatın diversifikasiyası; gəlir və məhsuldarlığın hesablanması -Qafqaz universiteti
  8. Vergi Uçotu - Professional Support Center