Vaxtın İdarə Edilməsi Təlimi

Vaxtın İdarə Edilməsi Təlimi



"Business Management School" MMC olaraq "İdarə Etmə və Liderlik" sahəsində təşkil etdiyimiz təlimlərdən biri də "Vaxtın İdarə Edilməsi" təlimidir. 

Təlimin məqsədi şəxsi həyatınızda və iş mühitində zamanınızı daha səmərəli idarə edərək əmək məshuldarlığınızı artırmağın metodlarının araşdırılması və aşılanmasıdır. Siz bu təlimdən sonra "İşlərim çoxdur, vaxt çatdıra bilmirəm" və s. kimi şikayətlərinizi tamamiylə unudacaq, bu problemi kökündən həll edəcəksiniz.

Təlimin müddəti: 1 gün (8 saat)

 

1.Vaxt anlayışı sizin üçün nə deməkdir? (Diskussiya)

2.Qrup Çalışması. Vaxtla ne etmək olar? Vaxtla nə etmək olmaz?

3.Əslində vaxtla heçnə edə bilmirik. (Diskussiya)

4.Hər bir insanın özünə ayrılan yaşam zamanı var. Bu onun həyatıdır və buna “vaxt bankı”

demək olar. (İzah, mühazirə)

5.Vaxtın idarə edilməsi- bir bacarıqdır. (İzah, mühazirə)

6.Əgər vaxtı idarə etmək olmursa, o zaman biz vaxtımızı nə Ilə effektiv doldura bilərik.

Buda bizim ehtiyaclarımızdan irəli gəlir. (İzah, mühazirə)

7.Maslov piramidası (İzah, mühazirə)

8.Tapşırıq: “Maddi ehtiyaclar”.

9.Üç əsas səriştə (İzah, mühazirə)

10.Hədəflərin aydın başa düşülməsi (İzah, mühazirə)

11. SMART (İzah, mühazirə)

12. Tapşıriq ( SMART) individual

13. Tapşırıq SMART. Qrup 3 neferlik 4 komandaya bölünür. Hər komandaya bir şirkət adi

verilir.

14. İştirakçılar department olaraq SMARTA uyğun hədəf təyin etməlidirlər.

1 qrup: “Toyota” satiş departamenti

2 qrup: “Dirol” marketing departamenti

3 qrup: “Google” HR departamenti

4 qrup: “Puma” PR və reklam departamenti

- Coffee-break

15. Vaxtin idarə etmə aləti” Strateji karton kağızı” (İzah, mühazirə)

16.Tapşırıq. 7+-2 hədflərin təyin olunması ( SMART-a yazılmalıdır)

17. Strateji planlama tapşırığı. Bir hədəfi orta dairədə yazırıq, ondan şaxəli şəkildə digər

dairələr əmələ gəlir. O dairələrin içində əsas etaplar qeyd olunur. Yanında isə resurslar və

olunacaq hərəkətlər yazılır. ( İndividual tapşırıq)

18. Xronofaqlar (İzah, mühazirə)

19. Şüur tələsi: (İzah, mühazirə)

- Hədəfin dəqiq təyin olunmaması

- Yalnış hədəfin qoyulması

- Yalnış planlaşdırma

- Qeyri-effektiv öhdəliklərin ötürülməsi

- “YOX” deməyi bacarmamaq

- Krizis situasiyaları

20. Zaman tələsi

- Prioritet olmayan məqsədlər

- Çoxsaylı görüşlər

- Həddindən artıq inkişaf olunmuş ünsiyyət bacarıqı

- Hər şeyi bilmək istəyi

- İşləməyə başlamaq müddətinin gec olması

21. Xronofaqlar

- Lazımsız mövzulara söhbət

- “Sonraya saxlamaq” effekti

- Artıq tələsiklik

- Seriallar TV

- Telefon ( watsup, sms, )

- Internet ( fb, Instagram, skype)

22. Xronofaqlar- tapşırıq ( handouts)

Nahar fasiləsi

23. Hissə-2 Planlaşdırma (İzah, mühazirə)

24. Xronos və Kayros (İzah, mühazirə)

25. Qeydlər, və onların izahı.

26. Prioritetlərin qoyuluşu (İzah, mühazirə)

27. Eyzenxaur matrisi (İzah, mühazirə)

28. Eyzenxaur matrisi tapşırıq

29. Qroup çalışması

30. Sərt-yumşaq planlaşdırma texnikası. (İzah, mühazirə)

31. Brayan Treysi. “Qurbağa.” (İzah, mühazirə)

32. “Fil nece yemelidir” (İzah, mühazirə)

33. İndividual tapşırıq: “İş günü və xronografiyası”

34. Samotivasiya (İzah, mühazirə)

35. Yekun

Təlimçi: Həlimə Qəmərlinskaya

 

Psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim psixiatr, o cümlədən müxtəlif  dövlət və özəl klinikalarda məsləhətçi kimi 17 il iş təcrübəsi olan Həlimə Gəmərlinskaya eyni zamanda 9 ildən çoxdur ki təlimçi ekspert və peşəkar kouç fəaliyyətini davam etdirir. 

3 il Azərbaycan Güləş Federasiyasında idman psixoloq vəzifəsində çalışmış Həlimə xanım, 5 ildən çoxdur ki, müxtəlif şirkətlərdə İşçilərin İnkişafı üzrə rəhbər vəzifələrində çalışmaqdadır. Bu sahədə fəaliyyətinə "FİNCA-Azerbaijan" şirkətində başlamış, daha sonra isə Azerfon şirkətində təcrübəsini davam etdirmişdir. Hal-hazırda bu şirkətdə "İşçilərin İnkişafı üzrə Akademiya"nın Rəhbəri vəzifəsində çalışır.

Təhsili: 

  • Azərbaycan Dövlət Tibb Universiteti- Təcrübəçi,Psixoterapevt- 1999-2000
  • Azərbaycan Dövlət Tibb Universiteti-  Müalicə İşi -1 993-1999

İştirak etdiyi peşəkar təlim layihələri: 

  • Harvard Manage Mentor- İdarə Etmə sahəsində 20 dən çox sertifikatı var.(2014-2016 )
  • Maximum Academy- Beynəlxalq Kouçing Federasiyası /  Koçinq Sertifikatı -2014-2015
  • DDİ Moscow (Rusiyada) -  Performansın İdarə Edilməsi - 2014
  • Amerika Otellər və Qonaqlama evləri üzrə Assosiasiyası (Bakı)- Sertifikatlaşdırılmış Mehmanxanasında Təlimçi - 2012
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - İdman Psixalogiyası (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Master NLP - (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Practitioner of NLP - (Moskva, Rusiya) -2007
  • Rusiya Tibb Elmləri Akademiyası - Psixiatriya kursu, 2006
  • Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Təlim institutu- psixiatriya xəstəliklərinin diferensial diaqnostikası və müalicəsi kursu-2006

- Həlimə Qəmarlinskaya Azərbaycanda “Stressin idarə edilməsi” üsulları üzrə aparıcı ekspertdir. Bu sahədə 9 ildən çox müxtəlif şirkətlərdə təlim keçmək təcrübəsi ilə yanaşı müxtəlif məqalələrin müəllifidir.

Həlimə xanım haqqında daha detallı, onun linkedin hesabından məlumat əldə edə bilərsiniz.
https://www.linkedin.com/in/halima-gamarlinskaya-5b622810/

Bu təlim korporativ olaraq təşkil edilməkdədir. Təlim ödənişi sifarişçi şirkətin tələblərinə uyğun olaraq təyin ediləcəkdir.

Bu təlim korporativ olaraq təşkil edilməkdədri. Təlim cədvəli sifarişçi şirkətin tələblərinə uyğun olaraq təyin ediləcəkdir. (Təlimin müddəti 8 saatdır)

Siz bu təlimdən sonra "İşlərim çoxdur, vaxt çatdıra bilmirəm" və s. kimi şikayətlərinizi tamamiylə unudacaq, bu problemi kökündən həll edəcəksiniz.