Emosional Zəka (EQ)

Emosional Zəka (EQ)



"Business Management School" MMC Azərbaycan təlim bazarında daha bir ilkə imza ataraq psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim psixiatr, eyni zamanda peşəkar təlimçi və kouç Həlimə Qəmərlinskayanın təqdimatında "Karyera İnkişafında Emosional Zəka (EQ)" təliminə start verir.

Uğurlu komunikasiya, motivasiya, özünə güvən, qərar vermə bacarığı, empatiya qura bilmək, duyğuların düzgün idarə edilməsi kimi karyerada uğur qazanmaqda müstəsna rol oynayan LİDERLİK xüsusiyyətləri Emosinonal zəkası (EQ) yüksək olan insanlarda daha güclüdür. İş həyatında texniki peşə bilikləri və bacarıqları ilə yanaşı Emosional zəka (EQ) bacarıqlarına sahib olmaq, yüksək performans göstəriciləri əldə etməkdə və uğurlu karyera yüksəlişində müstəsna rol oynamaqdadır.

✔ Təlim kimlər üçün nəzərdə tutulub?

 

- Böyük şirkətlərdə çalışan müxtəlif səviyyəli (Üst , orta səviyyədə )rəhbərlərlər
- Müştərilərlə birbaşa işləyən rəhbərlər 
- Müştərilərlə birbaşa işləyən mütəxəssislər ( FO, Call Centr, Reseption )
- Satış mütəxəssisləri
- Reklam mütəxəssisləri
- Tibb işçiləri
- Müəllimlər
- Öz emosional zəkasını inkişaf etdirmək istəyən hər kəs.

- Emosional zəka (EQ) nədir?
- Emosional zəka (EQ) barədə miflər.
- Emosional səriştə nə deməkdir?
- Emosional zəkanın (EQ) özülləri
- Emosional zəkanın (EQ) qiymətləndirməsi üçün test
- «Özünü analiz etmə» tapşırığı
- Öz emosiyalarınızı idarə etmək üçün 3 qayda
- Situativ metodlar ( qısamüddətli)
- Strateji metodlar
- Başqalarının emosiyalarını idarə etmənin üç əsas prinsipi
- Taktiki metodikalar
- Strateji metodikalar
- Empatiya
- Empatiya aid qrup çalışması
- Qeyri-verbal ünsiyyət
- Darvinin emosiyaları təsviri
- Amygdala
- Qəzəb və onun kontrolu
- Məhsuldarlıq şəraiti
- Optimal iş vəziyyəti
- Optimal döyüş vəziyyəti
- Özünü motivasiya etmək

Təlimçi: Həlimə Qəmərlinskaya

 

Psixi sağlamlıq və psixoloji problemlərlin həlli üzrə həkim psixiatr, o cümlədən müxtəlif  dövlət və özəl klinikalarda məsləhətçi kimi 17 il iş təcrübəsi olan Həlimə Gəmərlinskaya eyni zamanda 9 ildən çoxdur ki təlimçi ekspert və peşəkar kouç fəaliyyətini davam etdirir. 

3 il Azərbaycan Güləş Federasiyasında idman psixoloq vəzifəsində çalışmış Həlimə xanım, 5 ildən çoxdur ki, müxtəlif şirkətlərdə İşçilərin İnkişafı üzrə rəhbər vəzifələrində çalışmaqdadır. Bu sahədə fəaliyyətinə "FİNCA-Azerbaijan" şirkətində başlamış, daha sonra isə Azerfon şirkətində təcrübəsini davam etdirmişdir. Hal-hazırda bu şirkətdə "İşçilərin İnkişafı üzrə Akademiya"nın Rəhbəri vəzifəsində çalışır.

Təhsili: 

  • Azərbaycan Dövlət Tibb Universiteti- Təcrübəçi,Psixoterapevt- 1999-2000
  • Azərbaycan Dövlət Tibb Universiteti-  Müalicə İşi -1 993-1999

İştirak etdiyi peşəkar təlim layihələri: 

  • Harvard Manage Mentor- İdarə Etmə sahəsində 20 dən çox sertifikatı var.(2014-2016 )
  • Maximum Academy- Beynəlxalq Kouçing Federasiyası /  Koçinq Sertifikatı -2014-2015
  • DDİ Moscow (Rusiyada) -  Performansın İdarə Edilməsi - 2014
  • Amerika Otellər və Qonaqlama evləri üzrə Assosiasiyası (Bakı)- Sertifikatlaşdırılmış Mehmanxanasında Təlimçi - 2012
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - İdman Psixalogiyası (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Master NLP - (Moskva, Rusiya) -2008
  • Neyrolinqvistik Proqramlaşdırma İnstitutu - Practitioner of NLP - (Moskva, Rusiya) -2007
  • Rusiya Tibb Elmləri Akademiyası - Psixiatriya kursu, 2006
  • Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Təlim institutu- psixiatriya xəstəliklərinin diferensial diaqnostikası və müalicəsi kursu-2006

- Həlimə Qəmarlinskaya Azərbaycanda “Stressin idarə edilməsi” üsulları üzrə aparıcı ekspertdir. Bu sahədə 9 ildən çox müxtəlif şirkətlərdə təlim keçmək təcrübəsi ilə yanaşı müxtəlif məqalələrin müəllifidir.

Həlimə xanım haqqında daha detallı, onun linkedin hesabından məlumat əldə edə bilərsiniz.
https://www.linkedin.com/in/halima-gamarlinskaya-5b622810/

 Təlimin ödənişi: 180 manat.

 

- Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Təlim materialları
- İştirak barədə sertifikat
- Çay – kofe fasilələri

Bu təlim eyni zamanda korporativ olaraq da təşkil edilməkdədir. Təlim ödənişi sifarişçi şirkətin tələblərinə uyğun olaraq təyin ediləcəkdir.

Bu təlim eyni zamanda korporativ olaraq da təşkil edilməkdədir. Təlimin cədvəli sifarişçi şirkətin tələblərinə uyğun olaraq təyin ediləcəkdir.

 Təlimin nəticəsində nələr əldə edəcəksiniz?

 

- Emosiyaların təhlili və dərk edilməsi
- Emosiyaların idarə edilməsi (özünə inam, sevinc, cəsarət, mətanət);
- Əhval-ruhiyyənin qaldırılması
- Dəyişikliklərə adekvat uyğunlaşmaq;
- Ekstremal vəziyyətlərdə antistress üsullarınıb düzgün istifadəsi;
- İctimai çıxışlar, danışıqlar, münaqişələr, çətin vəziyyət zamanı özünə güvən
- İşçilərin emosialarının təhlili
- Effektiv komandanın formallaşdırılması
- Qeyri-formal lider olmağı