Layihələrin İdarə Edilməsi Təlimi

Layihələrin İdarə Edilməsi Təlimi



Business Management School​  beynəlxalq kvalifikasiya sertifikatlı və müxtəlif ölkələrdə iş təcrübəsinə sahib,  Peşəkar Layihə İdarəçisi Xədicə Berktaşın (PMP) təqdimatında "Layihələrin İdarə Edilməsi" Təliminə start verir. Təlim,  Layihə İdarəetmə İnstitunun (PMİ), PMBOK Standartı əsasında hazırlanmışdır.

Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış 
və təşkil olunmuş fəaliyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış olabilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır. 

Layihələr tikinti sənayesi, memarlıq, aerokosmik , müdafiə, kompüter şəbəkələri, telekommunikasiya və bunun kimi bir çox sahələrdə icra edilir.

 

İştirakçılar bu təlimdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayacaklar. Həmçinin,iştirakçılar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər və bütün dünyada qəbul olunmuş layihə idarəetmə üsulları barəsində praktiki təcrübə əldə edəcəklər.Bütün layihə dövrünü əhatə edən bu təlim, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) layihənin müvəffəqiyyəti üçün kritik olan məlumatları birləşdirən Project Management Body of Knowledge Guide (PMBOK guide) əsasında qurulmuşdur. 
 

Bu təlimin məqsədi səmərəli bir layihə yaratmaq, idarə etmək və başa çatdırmaq üçün sizi lazımi bilik, bacarıq və üsullarla təmin etməkdir. Bu kursda iştirakçılar effektiv layihə idarəetmə təcrübələrini və həmin təcrübələrlə əlaqədar prosesləri dərindən mənimsəyəcəklər. 



Təlimçi Xədicə xanımın təlimlə əlaqədar video müraciəti

Giriş

  • Layihə nədir
  • Layihə menecerin öhdəlikləri
  • Layihənin həyat dövrü və mərhələləri
  • Layihənin məqsəd və məhdudiyyətlərini qurmaq
  • Layihə tərəfdaşları və müştərilər, layihənin məqsədlərində tərəfdaşların rolları
     

Layihənin  Başlaması

  • Layihə rəhbərləyi və Layihə idarəetmə strukturu
  • Ehtiyaclarin dəyərləndirilməsi
  • Layihə seçimi
  • Ölçüləbilən məqsədlərin müəyyənləşdirilməsi
  • Tələblərin müəyyənləşdirilməsi
  • Layihə nizamnaməsi
  • Layihə tələblər sənədi
     

Layihənin Planlaması

  • Ləyihənin əhatəsinin planlaşdırılması
  • İş parçalama strukturu (Work breakdown structures)
  • Təslim olunacaqlar və keyfiyyətin müəyyənləşdirilməsi
  • Zaman və maliyyət təxminləri
  • Resurslarin ayrılması
  • Cədvəlin (Gantt chart) tərtib edilməsi
  • Kritik yol analizi
  • Risklərin planlanması və problemlerin həlli
  • Fövqəladə planların yaradılması
  • Layihədə ünsiyətin planlanması
  • Effektiv sənədləşmə sistemi
     

Layihənin icrası və nəzarət

  • Layihə komandasının qurulması
  • Risk və problemlərin idarə edilməsi
  • Layihə hesabatı
  • Layihə performansının dəyərləndirməsi və nəzarət
  • Əldə edilmiş dəyər (earned value)
  • Dəyişikliklərin idarəedilməsi
  • Qərar vermə
     

Layihənin tamamlanması

  • Layihənin qəbulu
  • İnzibati və müqavilə üzrə sənədləşmələrin tamamlanması
  • Öyrənilmiş dərslərin arxivlənməsi
  • Layihə nəticələrinin performansı

Beynəlxalq kvalifikasiya sertifikatlı Peşəkar Layihə İdarəçisi Xədicə Berktaşinin İT, Telekomunikasiya və Bank sektorunda Layihələrin İdarə Edilməsi, Prosesslərin Yaradılması və İdarə Edilməsi üzrə 20 illik təcrübəsi vardır.

  • Paşa Bank- Strateji Layihə Portfolio İdarəetmə Ofisinin rəhbəri  /  Aprel 2015- May 2017
  • Project Management Baku-Təlimçi və konsultant /  May 2014-Aprel 2015
  • Mərkəzi Bank-  "Wall Street Suite" tətbiqi üzrə Layihə rəhbəri / İyul 2013 – May 2014
  • Project Management Baku- Təsisçi  / Oktyabr 2012- Avqust 2015
  • Azərtelekom - FTTB Müştəri Xidmətləri və Satış üzrə meneceri / May 2011-May 2012
  • “OBASE Bilgisayar ve Danismanlık” (Türkiyə) – Layihə Rəhbəri- 2007-2010
    * Ramstore Qazaxıstan Layihəsi,
    * Tekzen Ruminya Layihəsi
  • “Play Mobile Technology” –Ukrayna   – Əlavə Dəyər Servisləri (VAS) üzrə Satış Direktoru  Yanvar 2007- İyul 2007
  • Actek-C: RFS (Radio Frequency Systems)  distribyutor (Ukrayna) -2005-2007
  • “OBASE Bilgisayar ve Danismanlık” (Türkiyə) – Layihə Rəhbəri- 2004-2005
  • Applied Technologies İncorporated (İT Şirkəti)- Marketinq üzrə kordinator 2000-2001
  • Azercell Telecom-Reklam və Marketinq Araşdırmaları üzrə Kordinator  - 1998-2000
  • Azercell Telecom-Reklam və İctimai Əlaqələr  üzrə Kordinator  - 1996-1998
  • ANS –Müstəqil Radio və Televiziya Yayımı Şirkəti – Müxvir və xəbər aparıcısı -1993-1996


     
  • Təhsili:
     
  • 2016 - Dəyişikliyin İdarə Edilməsi (Change Management - (www.prosci.com) Practitioner Certificate ProcsiÒ)
  • 2012 - Layihələrin İdarəçiliyi İnstitutu (Project Management Institute (www.PMI.org), USA, PMP Certificate )
  • 2002-2004 - Yeditepe  Universiteti (www.yeditepe.edu.tr), Türkiyə - Biznes
    İnzibatçılığı ( Master of Business Administration )
  • 1992-1997    Azerbaijan Dövlət İqtisad Universiteti  (www.aseu.az), Audit və Mühasibatlıq.                      


    İştirak etdiyi ixtisas artırma və peşəkar inkişaf kursları

Təlimlər                                                  Təlim Şirkətləri

-Leyihə İdarə Edilməsi üzrə Sertifikat Proqramı      -IKG (PMI Registered Provider)
-Öncə İnsan                                                      -TMI Turkey
-Ümumi Keyfiyyət Menecmenti                            -Management Center Turkey
-ISO 9001                                                         -Management Center Turkey
-Kommunikasiya bacarıqları                                -Management Center Turkey

-Danışıqların aparılması                                      -Management Center Turkey
-Stress və Vaxtın İdarə Edilməsi                          -Management Center Turkey
-Təqdimat Bacarıqları                                         -Management Center Turkey
-Performansın İdarə Edilməsi                              -Management Center Turkey



Təlimçi Xədicə xanımın təlimlə əlaqədar video müraciəti

Təlim ödənişlidir

 17 saatliq təlimin ödənişi 335 azn olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%


  Ödənişə daxildir:


- Təlim materialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

 

 

Təlimin tarixləri :

17 Noyabr (5-ci gün)  / 19:00-21:15  (2 saat)
19 Noyabr (7-ci gün)  / 10:00-14:15  (4 saat)
22 Noyabr (3-cü gün) / 19:00-21:15  (2 saat)
24 Noyabr (5-ci gün)  / 19:00-21:15  (2 saat)
26 Noyabr (7-ci gün)  / 10:00-15:15  (5 saat)
29 Noyabr (3-cü gün) / 19:00-21:15  (2 saat)

 

Təlim sonunda iştirakçılar  aşağıdakıları öyrənmiş olacaqlar :

 

  • Layihə strategiyaları, yanaşmalar və metodlar ilə əlaqədar məlumat əldə edəcək;
  • Bir sıra praktik məsləhətlərdən istifadə edərək vaxtı, resurslaır, büdcəni, risk və keyfiyyəti idarə etməyi bacaracaq;
  • Müştəri və layihə tərəfdaşlarının gözləntilərinə cavab verən təslimatları planlaşdıra biləcək;
  • Realistik və ölçüləbilinən hədəfləri müəyyənləşdirən müsbət nəticələr əldə edə biləcək;
  • Sadə metodlardan istifadə edərək layihə maliyyəti və təqvimini təxmin edə biləcək;
  • Motivasiya olunmuş layihə qrupu hazırlamağı bacaracaq;
  • Layihənin qeyri-müəyyənliklərini idarə etmək üçün risklərin idarə edilməsi prosesinin istifadə edəcək;
  • Etibarlı bir layihə nəzarət və izləmə sistemini quracaq.



Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.