Sığortanın əsasları - risk və anderraytinq

Sığortanın əsasları - risk və anderraytinq



"Business Management School" MMC olaraq "Sığorta İşinin Təşkili" təlim layihəsinə start veririk. Bu layihə çərçivəsində keçirəcəyimiz ilk təlim olan "Sığortanın əsasları - risk və anderraytinq" təliminə qeydiyyatlarımız başlamışdır.
 


✔ Təlim kimlər üçün nəzərdə tutulur:

  • Sığorta üzrə mütəxəssislər
  • Anderraytinq şöbəsinin əməkdaşları
  • Təkrarsığorta şöbəsinin əməkdaşları
  • Risklərin idarə olunması şöbəsinin əməkdaşları
  • Sığorta və təkrarsığorta sahəsində karyera qurmaq arzusunda olan şəxslər

✔ Təlimin mündəricatı:

Dərs 1 – Sığortanın inkişafı və əsas prinsipləri (2 saat)

  • Risk nədir?
  • Sığortanın əsas prinsipləri
  • Sığortalana bilən və sığortalanmayan risklər
  • Sığortanın inkişaf tarixi və sinifləri
  • Sığortada tələb və təklif

     

Dərs 2 – Sığorta bazarı və onun iştirakçıları (2 saat)

  • Sığorta bazarlarının müqayisəsi üsulları

        -  “Sığorta haqlarının həcmi” (Premium Income)

        - “Sığorta sıxlığı” (insurance density)

        - “Sığortanın nüfusetmə faizi” (insurance penetration rate)

  • Bazarın təmərküzləşməsi (market concentration) və Herfindahl indeksi
  • Sığorta bazarının iştirakçıları – alıcılar, satıcılar, vasitəçilər
  • Sığortanın əsas satış kanalları
  • Lloyds sığorta bazarı

Dərs 3 – Sığortada anderraytinq (4 saat)

  • Anderraytinqin əsasları
  • Risklərin qiymətləndirilməsi metodları
  • Anderraytinqə təsir edən amillər
  • Netto sığorta haqqının hesablanması
  • Anderraytinqdə dövrülük (underwriting cycle)
  • Sığortada informasiya problemləri: əks seçim (adverse selection) və mənəvi təhlükə (moral hazard)

Dərs 4 – Əmlak və Kasko sığortasında risklərin qiymətləndirilməsi (2 saat)

  • Hansı risklər sığortalanır
  • Sığorta təminatının əsası
  • Tam və qismən sığorta
  • Sığorta dəyərinin müəyyən edilməsi
  • Əmlak və kasko risklərinin anderraytinqi
  • Şəxsi tutumun müəyyən edilməsi

Dərs 5 – Təkrarsığorta (4 saat)

  • Təkrarsığortanın mahiyyəti
  • Təkrarsığortanın formaları və növləri (fakultativ/obliqator təkrarsığorta, proporsional/qeyri-proporsional təkrarsığorta)
  • Fakultativ və obliqator təkrarsığortanın əlverişli və əlverişsiz cəhətləri
  • Təkrarsığorta təminatının qiymətləndirilməsi (XoL scale)
  • Təkrarsığorta biznesinin iştirakçıları
  • Alternativ risk kapitalı və onun sığorta və təkrarsığorta biznesinə təsiri

 


 

✔ Təlimçi : ( Təlimçi haqqında məlumatı,aşağıda qeyd olunan adın üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.)

Uğur İbrahimli

✔ Təlimin qiyməti: 160 AZN

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
  3. Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

    ✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. 
    Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır.

✔ Təlimin keçiriləcəyi gün və saatlar:

06 may  (Şənbə günü) :             14:00 - 18:00 /  1-ci dərs 

13 may (Şənbə günü) :              14:00 - 18:00/   2-ci dərs 

20 may (Şənbə günü) :              14:00 - 18:00 /   3-cü dərs 

27 may (Şənbə Günü) :             14:00 - 18:00 /   4-cü dərs

✔ Təlimdən əldə ediləcək nəticələr:

  • Sığortanın əsas prinsipləri və sığorta bazarları
  • Risklərin qiymətləndirilməsi metodları
  • Netto sığorta haqqının hesablanması
  • Əmlak və kasko risklərinin anderraytinqi
  • Təkrarsığortanın formaları və növləri (fakultativ/obliqator təkrarsığorta, proporsional (Q/S, Surplus)/qeyri-proporsional (XoL, Stop Loss, Cat XL) təkrarsığorta)
  • Təkrarsığorta təminatının qiymətləndirilməsi (XoL scale)