Marketinq təlimi

Marketinq təlimi



"Business Management School" MMC  "Marketinq" təliminin ilk sessiyasını elan edir. 

Marketinq işi özündə bir çox dəyişəni nəzərə alaraq kommersiya məqsədlərinə çatmaq üçün planların hazırlanmasını, tədbirlərin görülməsini, işlərin icra edilməsini  və nəticə olaraq biznes qərarlarının verilməsini ehtiva edir.

Bu təlim də öz növbəsində  marketin qərarlarının düzgün və effektiv verilməsini təmin edəcək praktiki bilik və bacarıqların qazanılmasına imkan verir. Praktiki çalışmalarla  iştirakçılar bunu yerində öydəndilərini tətbiq etmə imkanı əldə edəcəklər.
 

 Təlim kimlər üçündür?

- Marketinq peşə sahibləri

- Məhsul və kateqoriya meneceləri

- Brend menecerlər

- Marketinq müdirləri

- Kiçik və orta sahibkarlar
 

Nə öyrənəcəksiniz?

    1. Marketinq strategiyasının hazırlanması, biznes hədəflərin effektiv təyini
    2. Məhsul portfelinin effektiv idarə edilməsi, düzgün məhsulun yaradılması və bazarda irəlilədilməsi
    3. Markalaşamaq üçün nə kimi addımların atılmalı olduğunu, sistemli yanaşma ilə güclü marka sahib ola bilməni
    4. Marketinq kommunikasiya işinin effektiv təşkili,
    5. Düzgün reklam agentliklərini seçmək, onlarla səmərəli çalışmağın üsulları
    6. Satış, istehsal, maliyə və s.  kimi strukturlarla effektiv çalışma
    7. Marketinq büdcələrinin hazırlanmasını, hədəfə çatma üçün ticari marketinq,  marka marketinqi büdcələrinin düzgün təyini və effektiv idarə edilməsini
    8. Marketinq işinin effektivliyini ölçə bilmək, KPI-larla idarəetmə
    9. Tam Marketinq planın hazırlanması

Təlim proqramı:

Dəyişənlər – Dünya, istehlakçı, bazar, marketinq yanaşmaları

Mövzu 1: Marketinq anlayışı:

  1. Müxəlif şirkətlərdə Marketinqi rolu və Marketinq işi görən funksiyalar
  2. Şirkət təşkilatlanmasında marketinqin təzahürü, şirkətdə Marketinqin funksional xəritəsi
  3. Marketinq işinin təşkili, səlahiyyətləi və məsuliyyətləri


Mövzu 2: Marketinq strategiyası

  1. Kateqoriya, istehlakçı və rəqibləri tanımaq
  2. Hədəf qrupu düzgün seçmək
  3. Dəyər təklifini formalaşdırmaq
  4. Marketinq hədəfləri düzgün təyin etmək
  5. Marketinq resurslarının  müəyyənləşdirilməsi
     

Mövzu 3: Marketinq qərarları

  1. Məhsul portfeli qərarları  - Məhsul xəritəsi, keyfiyyəti, dizaynı
  2. Uğurlu yeni məhsul yaradılması
  3. Qiymət qərarları – Satdıran, qazandıran qiymət təyini
  4. Satış qərarları – Satış kanalları, yayılma, sərgiləmə
  5. Stimullaşdırma qərarları 1  - Satış nöqtəsi fəaliyyətləri, kampaniya, aksiya və s
  6. Stimullaşdırma qərarları 2 – Marketinq Kommunikasiyaları, Dijital Marketinq
  7. Agentliklərlər iş

 

Mövzu 4: Markalaşma

  1. Marka qərarları – Ad seçimi, mövqelənmə, marka xəritəsi və piramidası
  2. Marka dəyəri  yaratmaq

 

Mövzu 5: Marketinq araşdırmaları – Sorğular, Fokus qruplar, araşdırma hesabatları

Mövzu 6:Marketinq planın hazırlanması – Praktiki çalışma

Mövzu 7:Marketinq işinin ölçülməsi – KPI təyini

 

 

Sənan Orucov Marketinq sahəsində 20 illik təcrübəyə malikdir. Azərsun Holding, Gilan Holding və Veysəloğlu Qrupda marketinq sahəsində rəhbər vəzifələrdə çalışmışdır. FMCG sektorunda Qida, Qeyri Qida, İçki, Şirniyyat kateqoriyalarında bir çox brendlər yaratmışdır.  Marketinq menecmenti, Marka/Məhsul idarə edilməsi, PR, Kommunikasiya, Ticari Marketinq istiqamətlərində böyük təcrübəyə malikdir. Kompleks marketinq və biznes layihələrinin icra edilməsində iştirak edib. Şirkətlərdə marketinq funksiyalarının qurulmasında böyük təcrübəyə malikdir. Ümumilikdə 500-dən çox məhsulun və 50-dən çox marka yaradılmasına iştirak vəya rəhbərlik etmişdir.

Biznesin təşkili və idarə etilməsi üzrə təhsilə malikdir.

Halhazırda Veysəloğlu MMC şirkətind Şəxsi Markalar Departamentinin rəhbəri vəzifəsində çalışır.

 

 Təlim ödənişlidir. Təlimin ödənişi 360 AZN olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
- BMS məzunları üçün 10% endirim tətbiq edilir. 

*07 İyuna kimi 50 AZN ödəyib qeydiyyatını rəsmiləşdirənlər üçün 40 AZN endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları 
- Sertifikat

 

Təlim müddəti: 28 saat

Dərs cədvəli:

19 iyun - Şənbə - 14:00 - 18:00 - 4 saat
26 iyun - Şənbə - 14:00 - 18:00 - 4 saat
03 İyul -  Şənbə - 14:00 - 18:00 - 4 saat
10 İyul - Şənbə - 14:00 - 18:00 - 4 saat
17 İyul - Şənbə - 14:00 - 18:00 - 4 saat
24 İyul - Şənbə - 14:00 - 18:00 - 4 saat
31 Iyul - Şənbə - 14:00 - 18:00 - 4 saat
 

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.