AF Business House, Nizami 203 B,

Peşəkar Marketinq təlimi

Peşəkar Marketinq təlimi

Ümumi Məlumat

"Business Management School" MMC  "Marketinq" təliminin 2-ci  sessiyasını elan edir. 

Marketinq işi özündə bir çox dəyişəni nəzərə alaraq kommersiya məqsədlərinə çatmaq üçün planların hazırlanmasını, tədbirlərin görülməsini, işlərin icra edilməsini  və nəticə olaraq biznes qərarlarının verilməsini ehtiva edir.

Bu təlim də öz növbəsində  marketin qərarlarının düzgün və effektiv verilməsini təmin edəcək praktiki bilik və bacarıqların qazanılmasına imkan verir. Praktiki çalışmalarla  iştirakçılar bunu yerində öydəndilərini tətbiq etmə imkanı əldə edəcəklər.
 

 Təlim kimlər üçündür?

- Marketinq peşə sahibləri
- Məhsul və kateqoriya meneceləri
- Brend menecerlər
- Marketinq müdirləri
- Kiçik və orta sahibkarlar
 

Nə öyrənəcəksiniz?

  • Marketinq strategiyasının hazırlanması, biznes hədəflərin effektiv təyini
  • Məhsul portfelinin effektiv idarə edilməsi, düzgün məhsulun yaradılması və bazarda irəlilədilməsi
  • Markalaşamaq üçün nə kimi addımların atılmalı olduğunu, sistemli yanaşma ilə güclü marka sahib ola bilməni
  • Marketinq kommunikasiya işinin effektiv təşkili,
  • Düzgün reklam agentliklərini seçmək, onlarla səmərəli çalışmağın üsulları
  • Satış, istehsal, maliyə və s.  kimi strukturlarla effektiv çalışma
  • Marketinq büdcələrinin hazırlanmasını, hədəfə çatma üçün ticari marketinq,  marka marketinqi büdcələrinin düzgün təyini və effektiv idarə edilməsini
  • Marketinq işinin effektivliyini ölçə bilmək, KPI-larla idarəetmə
  • Tam Marketinq planın hazırlanması

Təlimin Mündəricatı

Dəyişənlər – Dünya, istehlakçı, bazar, marketinq yanaşmaları

Mövzu 1: Marketinq anlayışı:

  1. Müxəlif şirkətlərdə Marketinqi rolu və Marketinq işi görən funksiyalar
  2. Şirkət təşkilatlanmasında marketinqin təzahürü, şirkətdə Marketinqin funksional xəritəsi
  3. Marketinq işinin təşkili, səlahiyyətləi və məsuliyyətləri


Mövzu 2: Marketinq strategiyası

  1. Kateqoriya, istehlakçı və rəqibləri tanımaq
  2. Hədəf qrupu düzgün seçmək
  3. Dəyər təklifini formalaşdırmaq
  4. Marketinq hədəfləri düzgün təyin etmək
  5. Marketinq resurslarının  müəyyənləşdirilməsi
     

Mövzu 3: Marketinq qərarları

  1. Məhsul portfeli qərarları  - Məhsul xəritəsi, keyfiyyəti, dizaynı
  2. Uğurlu yeni məhsul yaradılması
  3. Qiymət qərarları – Satdıran, qazandıran qiymət təyini
  4. Satış qərarları – Satış kanalları, yayılma, sərgiləmə
  5. Stimullaşdırma qərarları 1  - Satış nöqtəsi fəaliyyətləri, kampaniya, aksiya və s
  6. Stimullaşdırma qərarları 2 – Marketinq Kommunikasiyaları, Dijital Marketinq
  7. Agentliklərlər iş

 

Mövzu 4: Markalaşma

  1. Marka qərarları – Ad seçimi, mövqelənmə, marka xəritəsi və piramidası
  2. Marka dəyəri  yaratmaq

 

Mövzu 5: Marketinq araşdırmaları – Sorğular, Fokus qruplar, araşdırma hesabatları

Mövzu 6:Marketinq planın hazırlanması – Praktiki çalışma

Mövzu 7:Marketinq işinin ölçülməsi – KPI təyini

Təlimçilər

Təlimin ödənişi

 Təlim ödənişlidir. Təlimin ödənişi 360 AZN olaraq təyin edilmişdir.
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
- BMS məzunları üçün 10% endirim tətbiq edilir.

01 Sentyabra kimi ödənişin 50%-ni edib qeydiyyatını rəsmiləşdirənlərə 40 AZN endirim ediləcək.

Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları
- Sertifikat

Təlimin cədvəli

Təlim müddəti: 28 saat
Təlimin keçiriləcəyi məkan: Arion Hotel Baku

Dərs cədvəli:

25 Sentyabr - Şənbə - 14:00 - 18:00 - 4 saat
29 Sentyabr - Çərşənbə - 19:00 - 21:00 - 2 saat
02 Oktyabr - Şənbə - 14:00 - 18:00 - 4 saat
06 Oktyabr - Çərşənbə - 19:00 - 21:00 - 2 saat
09 Oktyabr - Şənbə - 14:00 - 18:00 - 4 saat
13 Oktyabr - Çərşənbə - 19:00 - 21:00 - 2 saat
16 Oktyabr - Şənbə - 14:00 - 18:00 - 4 saat
20 Oktyabr - Çərşənbə - 19:00 - 21:00 - 2 saat
23 Oktyabr - Şənbə - 14:00 - 18:00 - 4 saat

  

Qeydiyyat