AF Business House, Nizami 203 B,

İşə Qəbul və Seçim Mərhələləri

İşə Qəbul və Seçim Mərhələləri

Ümumi Məlumat

"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında "İşə Qəbul və Seçim Mərhələri" Təliminin 3-cü sessiyasını elan edirik.

 

 Təlim Azərbaycan dilində tədris ediləcəkdir.

 

 Təlimin müddəti: 12 saat

 

  Təlim kimlər üçün nəzərdə tutulub?

- İnsan Resursları sahəsində çalışanlar

- Çalışdığı şirkətin işə qəbul və seçim prosesslərində birbaşa iştirak edən rəhbər işçilər

- İnsan Resursları və İşə qəbul sahəsində karyera qurmaq istəyənlər

Təlimin Mündəricatı

 Təlim proqramı:

 

1. Şirkət daxili insan amilinin təhlili: "uğurlu əməkdaşın profili"

2. Şirkət daxili korporativ mədəniyyət

3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir

4. Voronka sistemi

5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili

6. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin hazırlanması qaydaları

7. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)

8. İş elanlarının hazırlanması (beynəlxalq təcrübədə istifadə edilən iş elanları)

9. Sosial strateji rekrutinq (gündəlik-həftəlik- aylıq-illik)

10. Müsahibəyə qədər seçim

11. Employer Branding

12. Assessment Center

13. Express-assessment

14. LAB-profile

15. Rekrutinq prosesinin avtomatlaşdırılması

16. Yerli şirkətlərdə istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri)

17. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (Preliminaring, Gamification, Brainteaser interview, Behavioral interview)

18. Namizədlərin qiymətləndirilməsi üçün Star, Parla, DİSC, Rodger, Munro Fraser və digər metodlar

19. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)

20. Müsahibənin strukturu

21. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi

22. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları

23. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

24. Müsahibə zamanı yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən metodlar

25. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu

26. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)

27. Müsahibə zamanı edilən səhvlər və təhlili

28. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər

29. Qiymətləndirmə blankları

Təlimçilər

Təlimin ödənişi

  Təlimin ödənişi: 200 AZN

- Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
  3. Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

- Təlim ödənişini nağd (iki hissədən ibarət olmaqla) və ya onlayn şəkildə ödəyə bilərsiniz.

Qeyd: Sadəcə bir endirim şərtindən yararlanmaq mümkündür.

- Ödənişə daxildir:

-Təlim materialları
- Coffee-break
-İştirak barədə sertifikat

Təlimin cədvəli

 Təlimin keçiriləcəyi gün və saatlar:

26 sentyabr - Bazar günü - 10:00-14:00
03 oktyabr   - Bazar günü - 10:00-14:00
10 oktyabr   - Bazar günü - 10:00-14:00

Bu təlim həmçinin korporativ olaraq təşkil edilməkdədir. 

Qeydiyyat