İşə Qəbul və Seçim Mərhələri

İşə Qəbul və Seçim Mərhələri



"Business Management School" MMC İnsan Resurslarının İdarə Edilməsi sahəsində müxtəlif mövzularda 26 təlim təşkil etmiş, hər birini uğurla həyata keçirtdiyi bu təlimlərin 300-ə yaxın iştirakçısı olmuşdur. Bu zəngin və uğurlu təcrübəmizi əsas alaraq "İşə Qəbul və Seçim Mərhələri" Təlimini elan edirik.

 

 Təlim Azərbaycan dilində tədris ediləcəkdir.

 

 Təlimin müddəti: 16 saat

 

  Təlim kimlər üçün nəzərdə tutulub?

- İnsan Resursları sahəsində çalışanlar

- Çalışdığı şirkətin işə qəbul və seçim prosesslərində birbaşa iştirak edən rəhbər işçilər

- İnsan Resursları və İşə qəbul sahəsində karyera qurmaq istəyənlər

 

 Təlim proqramı:

 

1. Şirkət daxili insan amilinin təhlili: "uğurlu əməkdaşın profili"

2. Şirkət daxili korporativ mədəniyyət

3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir

4. Voronka sistemi

5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili

6. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin hazırlanması qaydaları

7. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)

8. İş elanlarının hazırlanması (beynəlxalq təcrübədə istifadə edilən iş elanları)

9. Sosial strateji rekrutinq (gündəlik-həftəlik- aylıq-illik)

10. Müsahibəyə qədər seçim

11. Employer Branding

12. Assessment Center

13. Express-assessment

14. LAB-profile

15. Rekrutinq prosesinin avtomatlaşdırılması

16. Yerli şirkətlərdə istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri)

17. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (Preliminaring, Gamification, Brainteaser interview, Behavioral interview)

18. Namizədlərin qiymətləndirilməsi üçün Star, Parla, DİSC, Rodger, Munro Fraser və digər metodlar

19. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)

20. Müsahibənin strukturu

21. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi

22. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları

23. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

24. Müsahibə zamanı yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən metodlar

25. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu

26. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)

27. Müsahibə zamanı edilən səhvlər və təhlili

28. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər

29. Qiymətləndirmə blankları

  Təlimçi: Şamo Mürşüdov (İCM, AİRP, GCHRM, Assoc CİPD)

Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə tələbələrə karyera seçimi və inkişafı mövzusunda mühazirəçi qismində çıxış etmişdir. 

Hal hazırda iş fəaliyyətini ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də layihələr üzrə HR koordinator olaraq davam etdirir. Eyni zamanda işçi məmnunluğu, stimulaşdırma və saxlanılması,motivasiya sistemlərinin yaradılması-tətbiqi, tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir  2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb idarə edilməsində iştirak edərək, voronka sistemini tətbiq etmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)

Şamo Mürşüdov həmçinin bir çox beynəlxalq təlim və forumlarda iştirak etmişdir. Ən son olaraq 2016-cı ilin iyul ayında Rusiyada (Soçi) MDB ölkələrinin insan resurslarında çalışan mütəxəssislərin iştirakı ilə keçirilən forumda etmişdir.

Təhsili:

·  Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi

·  Capella University (ABŞ) – HR menecment (Grade-F5 / Beynəlxalq dərəcə)

·  İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)

·  Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-İngiltərə)

  Təlimin ödənişi: 185

- Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
  3. Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

- Təlim ödənişini nağd (iki hissədən ibarət olmaqla) və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz


- Ödənişə daxildir:

-Təlim materialları
-İştirak barədə sertifikat
-Çay – kofe fasiləsi

 Təlimin keçiriləcəyi gün və saatlar:

03 İyun  (Şənbə günü) :             14:00 - 18:00 /  1-ci dərs 
10 İyun (Şənbə günü) :              14:00 - 18:00/   2-ci dərs 
17 İyun (Şənbə günü) :              14:00 - 18:00 /   3-cü dərs 
 24 İyun (Şənbə Günü) :             14:00 - 18:00 /   4-cü dərs

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. 
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır.

 

 Təlimdə iştirak etmək istəyənlər mövzu yerində təlimin adını qeyd etməklə aşağıda göstərilən mail adresinə  CV-lərini göndərərək qeydiyyatdan keçə bilərlər. Daha ətraflı məlumat almaq üçün əlaqə vasitələri:   

Web: http://bmschool.az/
E-mail: [email protected]
Tel:   055 3003592
         055 3003591         
Ünvan: AF Business House (28 May)